Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tramp çıxılmaz vəziyyətdə:yarım milyard dollarlıq girov yığmalıdır, amma...

Məhkəmə qərarları sabiq Prezidentin namizəd olmasına əngəl yarada bilər: vəkillər çıxış yolu axtarır

Yenixeber.org: ABŞ-ın keçmiş Prezidenti Donald Tramp məhkəmə tərəfindən maliyyə fırıldaqçılığına görə cərimə şəklində ona təyin edilmiş təxminən 464 milyon dollar (427 milyon avro) girovu ödəyə bilməz. Bu barədə Nyu-Yorkda dərc olunmuş məhkəmə sənədində deyilir. Qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasının prezidentliyə ehtimal edilən namizədi indi Nyu-York məhkəmələri tərəfindən onun bəzi aktivlərinə həbs qoyulması riski ilə üzləşir.

AFP-nin məlumatına görə, Trampın vəkilləri daha əvvəl mülki iş üzrə ona kəsilən cərimədən apellyasiya şikayəti veriblər. Amma bundan asılı olmayaraq, sabiq Prezident təkcə cərimə məbləğində deyil, həm də gələn bazar ertəsi, martın 25-nə qədər ona verilən faizlər də daxil olmaqla girov qoymalıdır. Göstərilən vaxta qədər tam məbləğ ödənilməsə, Nyu-Yorkun baş prokuroru Letitia James Trampın aktivlərinə həbs qoymağa başlaya biləcək.

Agentlik izah edir ki, girov göndərilməsi də Trampın vəkillərinin apellyasiya şikayətinə məhkəmədə baxılması və hökmün apellyasiya qərarına qədər saxlanılması üçün ilkin şərtdir.

Keçmiş Prezident və oğulanları - kiçik Donald və Erik kreditlər və sığorta üzrə daha yaxşı şərtlər əldə etmək üçün ailənin daşınmaz əmlak aktivlərini illər ərzində süni şəkildə milyardlarla dollar şişirtməkdə təqsirli biliniblər. Bununla əlaqədar olaraq fevral ayının ortalarında Tramp bütün maliyyə fırıldaqçılığı dövrü üçün 355 milyon dollar, üstəgəl faiz, oğulanları isə dörd milyon dollar, üstəgəl faiz cəzasına məhkum edilib. Onların həmçinin üç il müddətinə Nyu-York ştatında fəaliyyət göstərən şirkətlərinə qadağa qoyulub.

Beləliklə, indiyədək Tramp üçün ümumi cərimə təxminən 464 milyon dollar təşkil edir. Martın əvvəlində Tramp təqsirli bilindiyi Nyu York Məhkəməsində yazıçı Elizabet Cen Karrolla qarşı başqa bir böhtan işində artıq 91,6 milyon dollar girov göndərmişdi. Qoyulan məbləğ ona bu iş üzrə apellyasiya şikayətinə baxılmaq hüququ verdi.

Trampın vəkilləri dələduzluq işində tələb olunan məbləğdə girov təyin edilməsinin “praktiki qeyri-mümkün” olduğunu bildiriblər. Onların məlumatına görə, Tramp və oğulanları 30 sığorta şirkətinə uğursuz müraciət etsələr də, daşınmaz əmlakın girov kimi qəbul edilməsinə qadağa qoyulduğu üçün bundan imtina edilib.

Ekspertlər hesab edirlər ki, məhkəmə qalmaqalları və girovla bağlı problemlər həllini tapmasa, Trampın Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi qeyri-mümkün ola bilər.(AYNA)

Turan Abdulla

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam