Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Səudiyyənin Atatürkə düşmən münasibətinin səbəbləri

Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının paytaxtında keçirilməsi nəzərədə tutulan “Qalatasaray” və “Fənərbağça” oyununa klubların Atatürkün rəsmi olan köynəklərlə çıxmaq istəməsi yerli hökumət tərəfindən qəbul edilməyib və bu səbəbdən matç təxirə salınıb.

Yenixeber.org xəbər verir ki, bu hadisə dünəndən ciddi şəkildə müzakirə edilir, Səudiyyə rəhbərliyinin rəftarı ciddi şəkildə qınanır. Mustafa Kamal Atatürkə münasibətin bu cür olması Türkiyə və Azərbaycan vətəndaşlarını da hiddətləndirib.

İndi əksər platformalarda Səudiyyənin M.K.Atatürkə bu münasibətinin səbəbləri araşdırılır.

Mövzunu şərh edən tarixçi alim Zaur Əliyevin sözlərinə görə, dünən Ər-Riyad şəhərində Türkiyənin iki super klubunun görüşü ilə bağlı xoşagəlməz hadisə bir daha göstərdi ki, Ərəbistanda uzun illərdir hakimiyyətdə olan Səud ailəsinin Türk dünyasının böyük liderlərindən olan Mustafa Kamal Paşa Atatürkə münasibəti eyni qalıb.

Tarixçi Atatürkün düşmənləri haqda danışıb:

“İllərdir bu mövzu barədə yüzlərlə məlumat oxumuşam və mənə görə, Atatürkə düşmən olanların ümumi xüsusiyyətləri eynidir:

1. Onlar türklərin düşmənləridir.

2. Onların milliyyəti yoxdur.

3. Onlar dini tacirdirlər.

4. Ərəbləşiblər.

5. Onlar yunan azarkeşləridir.

Maraqlısı bilirsiniz nədir?

Bu günə qədər heç bir Səudiyyə kralı Ankaraya rəsmi səfəri zamanı Anıtkabiri ziyarət etməyib. Kral Əbdüləziz də səfəri zamanı Anıtkabiri ziyarət etməyib. Səbəb də Səudlar öz inanclarına bağlayırlar. Səudiyyə Ərəbistanının hakimiyyəti altında olan vəhhabilərin inancına görə, qəbirlərin üzərinə yazı yazmaq, türbə tikdirmək və s. şirk və ilhada aparan ən pis əməllərdəndir. Bu səbəbdən qəbirləri ziyarət etmək, məqbərələr tikmək hər hansı şəkildə qəti qadağan edilməlidir. Belə ki, ölülərə dua etmək, şəfaət etmək, münəccimlərə, qəbiristanlığa və falçılara inanmaq tamamilə bidətdir”.

Z.Əliyev reallığın başqa olduğunu deyib:

“Atatürk ərəblərin dini bizneslərinə birbaşa qadağa qoyan, İslamı modernləşdirən şəxsdir. Bunun eyni zamanda Osmanlı dövlətində baş verən hadisələrə gedib çıxan səbəbləri də var. Səudların Məkkə və Mədinəni hədəf alaraq basqınlar tərtib etməsinə Osmanlıların cavabı sərt oldu. 1811-ci ildə Osmanlı sultanının təlimatı ilə Misir paşası Məhəmməd Əli Paşa oğlu İbrahim paşanın komandanlığı ilə Səudilər üzərinə böyük ordu ilə yürüş etdi, 1817-ci ildə Səudilərin son müqavimət qalası və mərkəzi ilan Dəriyyə darmadağın edildi. Bunula da ilk Səudi dövləti süquta uğradı. Osmanlılar Səudilərin öndərlərini edam etdi.

1871-ci ildə Osmanlılar yenidən Səudilərə qarşı genişmiqyaslı müharibəyə başladı. Bu dəfə Osmanlı Sultanı özünə sadiq olan Əl-Rəşid qəbiləsini dəstəkləyərək Səudiləri cəzalandırdı və 1891-ci ildə ikinci Səudi dövləti də süquta uğradı.

Buna görə birinci dünya müharibəsindən sonra İngilislərə Ərəbistanda Osmanlı-Türkiyəyə qarşı loyal olmayan ailənin üzərində dayandılar”.

Alim deyib ki, Atatürkün İngilislərə qarşı münasibəti elə də isti deyildi:

“O dövrdə İngilislərin niyyətlərindən biri İslamın Peyğəmbəri Məhəmməd (s) məzarının köçürülməsini istəyirdilər və Atatürk buna ciddi mane olmuşdu. Ona görə 1932-ci ildə Ərəbistanda hakimiyyətə gələn Səud ailəsinin qarşısında İngilislərin qoyduğu ən önəmli tələblərdən biri də Türkiyə ilə münasibətlərdə aqressiv mövqe göstərməsi idi. Məlumat üçün deyim ki, Hicazın Baş Qubernatoru və xarici işlər naziri Kral Malik Əbdüləzizin oğlu Əmir Feysəl başda olmaqla Səudiyyə Ərəbistanı nümayəndə heyəti 8-23 iyun 1932-ci il tarixləri arasında Türkiyəyə səfərləri zamanı dostluq mesajlarını təkrarlamış və Atatürkün onların fəaliyyətində rolunu minnətdarlıqla qeyd etmişlər. 22 sentyabr 1932-ci ildə Hicaz və Necd Krallığının adı dəyişdirilərək “Səudiyyə Ərəbistanı Krallığı” elan edildi. 1926-cı ildə olduğu kimi 1932-ci ildə də yeni dövlətin qurulmasını tanıyan ilk ölkə Atatürk tərəfindən qurulmuş və prezidenti olduğu Türkiyə Cümhuriyyəti oldu.

Səud ailəsinə bütün dəstəyə baxmayaraq ortada İngilis barmağı var idi və onlar Ərəbləri istədikləri kimi idarə edirdilər. İngilslərin Atatürkə düşmən olmasının səbəblərindən biri də Atatürkün Türkiyə Cümhuriyyətinin qurulması zamanı və ondan sonra ərəb xalqlarının müstəqilliyini və öz müqəddəratını təyinetmə hüququnu müdafiə etməsi olmuşdur. Lozanna danışıqları zamanı səlahiyyətli Türkiyə nümayəndə heyəti Atatürkün göstərişi ilə Yaxın Şərq ərəblərini də müdafiə etdi və onların müstəqillik hüququnun türklər tərəfindən müdafiə olunmasını təmin etmişdi ki, bu da Britaniyaya sərf etmirdi. Ona görə də Səud ailəsini tez-tələsik Ərəbistana hakim təyin edən Britaniya ərəblərə məxsus milyardlarla dollarlıq neftin əllərindən çıxmasından qorxurdular”.

Zaur Əliyev qeyd edib ki, onlar dövlət elan ediləndən sonra birdən birə Səud ailəsi Atatürkə qarşı aqressiv siyasət yeritməyə başladılar:

“Sosial mediada guya Atatürkün Səud kralına göndərdiyi “teleqram” paylaşılır. Bu yanlışdır. O dövrdə Səud ailəsi hakimiyyətdə deyildi və teleqramın orjinalı heç bir qaynaqda yoxdur. Əslində, “teleqramda” yazılan sözlər Türkiyənin Britaniyada səfiri tərəfindən İngilis hökumətinə deyilib: “O qəbrin bir daşına toxunsanız, Qurtuluş Savaşını tərk edib ordularımla yerə enərəm”.

Lakin sosial mediada yayılan “teleqram” saxtadır və Atatürk tərəfindən imzalanmayıb. O dövrdə heç Atatürk adını belə Mustafa Kamal Paşa almamışdı.

Qeyd edim ki, həm İslam dünyasında həm də digər dinlərdə Atatürkün modern İslam modelindən narahat olanlar da olub. Bu gün Atatürkün dinə olan maraqlarını ortaya qoyan bu vəziyyətdən narahat olan böyük bir qrup insan var. Atatürkün evi normal türk və müsəlman evidir. Atatürkü mənfi şəkildə göstərmək istəyən bir qrup var. Bunlar da dünən özlərini oyun zamanı göstərdi. Atatürkə ərəblərin belə aqressiv münasibətinin kökündə eyni zamanda Azanın türk dilində verilməsi ilə bağlı təklifləri olmasıdır. Atatürk dövründə qəbul edilmiş türkcə azan qərarını tənqid edərkən bir məsələni də nəzərə almaq lazımdır. Əhli-sünnə fiqhinin əsas prinsiplərindən biri müqəddəs “Qurani-Kərim”in bu ayəsinə əsaslanır: “Allaha, Onun Rəsuluna və içinizdən olan əmr sahiblərinə itaət edin”.

Lakin ərəblər Atatürkün bu addımını islama zidd kimi qəbul edirdilər baxmayaraq ki, Türkiyədə möhkəm dayaqları olan Hənəfilərin əqidəsinə görə bu səhv addm deyil idi.

Həm də dünən baş verənlər göstərdi ki, bu günün özündə də Amerika-İngilis sistemi Atatürkə olan aqressiiv siyasətlərini əlləri altında fəaliyyət göstərən Səud ailəsi vasitəsilə bir daha göstərdilər.

2 Oktyabr 2018-ci il Qaşıqcı cinayəti və Səudiyyə hökumətinin Şərqi Aralıq dənizində Türkiyəyə qarşı Yunanıstana dəstəyini ifadə etməsi bu iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə yol açan əsas amillərdir.

Məlumat üçün bildirim ki, zaman zaman Səudiyyədə ingilis-amerikan maliyyəsi ilə nəşr edilən qəzet və saytlar Atatürkün heykəllərinin yıxılması barədə yazılar dərc ediblər. Çünki Türk milləti İslam dinindən sonra ümmətçi olub ərəb kimi düşünməyə başlamışdı. Atatürk yenidən Türklüyü ədalətə qaytardı!

Son olaraq qeyd edim ki, Atatürkü sevmək, onunla qürur duymaq, çağdaş dünya düzənində bizlərin kimlik davamızın səbəblərini bilmək deməkdir. Atatürkü dərindən bilmək, Türkün inkişaf edən dünya düzənində yerini bəlirləməkdir. Atatürkçü olmaq, demokratik dəyərlərə tam şəkildə sahib çıxmaqdır. Başqalarına zərər vermədən, barış və dostluq şəraitində necə yaşamaq deməkdir. Ondan zərər görməyiniz nadir hallarda ola bilər….”(Globalinfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam