Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

MSK şikayətlərə baxıb

 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

"Xeberinfo.com":   Məlumata görə, əvvəlcə MSK-nın 20-22 oktyabr və 24 oktyabr 2015-ci il tarixli iclas protokolları səsə qoyularaq komissiya üzvləri tərəfindən təsdiq olunub. Sonra hüquq müdafiəçisi Vidadi İsgəndərlinin şikayətinə baxılıb.


89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizədliyini irəli sürən V.İsgəndərli müraciətində onun seçkiqabağı təşviqat zamanı görüşlər keçirməsinə əngəl olunduğunu bildirib. O bildirib ki, təşviqat aparılmasına yer ayrılmayıb, seçkiqabağı kampaniya aparmasına imkan verilməyib, özü isə polisə aparılıb.

MSK-nın Ekspert Qrupunun araşdırması nəticəsində deyilənlərin əsassız olduğu məlum olub. Bildirilib ki, namizədlərin görüşlər keçirməsi üçün 29 yaşayış məntəqəsində tam şərait yaradılıb. Polisin müdaxiləsi məsələsinə gəlincə isə, onun keçirdiyi görüşlərdə polislər sadəcə, asayişi qoruyublar.

Ekspert Qrupunun araşdırmasına V.İsgəndərli dəvət olunmasına baxmayaraq, iştirak etməyib. MSK bunu əsas götürərək şikayəti təmin etməyib. 

Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlunun da şikayətinə baxılıb. 71 saylı Masallı kənd Seçki Dairəsindən namizədliyini irəli sürən X.Səfəroğlu müraciətində onun seçkiqabağı təşviqat zamanı keçirdiyi görüşlərə maneçilik törədilyini iddia edib. X.Səfəroğlu müraciətində bildirib ki, seçicilərlə görüşdən sonra kənd sakinləri ilə söhbəti zamanı ona icra nümayəndələri əngəl olublar, bununla bağlı DSK-ya müraciət edib. DSK isə onun şikayətini təmin etməyib.

MSK-nın Ekspert Qrupunun araşdırılması nəticəsində məlum olub ki, DSK X.Səfəroğlunun müraciətinə baxan zaman yanlışlığa yol verib. X.Səfəroğlunun müraciəti qismən təmin edilib və baxılması üçün yenidən DSK-ya göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam