Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğanla bağlı SENSASİON AÇIQLAMA:Onun Putinlə şəxsi münasibəti...

“Dünyanın ən böyük iqtisadiyyatına və ordusuna sahib olan ABŞ öz gücü ilə bir çox coğrafiyada varlığını hiss etdirir. Ancaq Yaxın Şərqdə bu varlıq günü-gündən azalır. Regionun dörd böyük ölkəsi Vaşinqtonun etibarını itirib”.

Yenixeber.org: Bu fikirlər ABŞ mərkəzli "Foreign Policy" (FP) nəşrinin "Amerikanın Yaxın Şərqinin sonu" başlıqlı təhlilində yer alıb.

FP bu 4 ölkənin Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə və Misir olduğunu vurğulayıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə və Misir liderləri Vaşinqtonun əsas maraqlarına açıq-aşkar məhəl qoymadan öz yollarını cızırlar:

“Açıq desək, Amerikanın Yaxın Şərqdəki dörd ənənəvi sütunu indi etibar edilməyəcək qədər kritikdir. Dəyişən status-kvo da bu yaranan vəziyyətə təsir göstərir. Bir zamanlar ABŞ-la əlaqələri gücləndirən tarixi faktorlar da aradan qalxıb. Region ölkələri üçün təhlükə yaradan Sovet İttifaqı artıq mövcud deyil”.

Nəşr artıq bölgə üçün təhlükənin olmadığını vurğulayır:

“İsrailin baş naziri Benyamin Netanyahu, Məhəmməd bin Salman və Ərdoğanın Baydenlə müqayisədə Rusiya prezidenti Vladimir Putinlə daha isti şəxsi münasibəti var”.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam