Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"İrəvan Rusiyaya sadiq nökərçilikdən imtina etməlidir"

Ermənistan mətbuatı yenə Rusiyanın Dağlıq Qarabağla bağlı apardığı siyasəti tənqid atəşinə tutub.

 

Xeberinfo.com:   Avropa.info xəbər verir ki, “168 Jam” qəzeti Rusiyanın getdikcə Ermənistanı sıxışdırdığını, cəbhə xəttində gedən döyüşlər vasitəsilə rus sülhməramlılarının Qarabağa gətirilməsinə razı salmağa məcbur etdiyini yazıb.

“ “Axı, bu niyə baş verdi?” – 22 aprel tarixində Ermənistan prezidenti Serj Sarkisyan Rusiya XİN başçısı Sergey Lavrova bu sualı verdi. Lavrov suala cavab vermədi. Belə ki, bu sual o qism suallardan idi ki, cavabı verilmir. Hətta cavab verilsə də, ictimai şəkildə yox. 

Belə suallar cavabı öz-özlüyündə daşıyır və cavab o zaman səslənir ki, bunu eləmək artıq mümkün deyil. Bu suala Rusiya tərəfi Lavrovun dodaqları ilə deyil, öz hərəkətləri ilə cavab verdi. Sualın cavabı çox uzanır, o qədər uzanır ki, Dağlıq Qarabağda Azərbaycan və Ermənistan ordularının kəsişmə xəttinə gedib çatır. Sualın cavabı Ermənistan rəhbərliyinin öz mövqeyini nümayiş etdirdiyi bəyanatlardan həmən sonra gələn Azərbaycanın hər hücumunda, hər döyüş əməliyyatında özünü göstərir". 

Qəzetin daha sonra məqaləni davam etdirirək yazır: "Serj Sarkisyan bəyan edir ki, Rusiya sülhməramlılarının Qarabağda işi ola bilməz. Elə növbəti gecə Azərbaycan Qarabağ istiqamətində bütün döyüş silahlarını işə salır".

Qəzet ermənilərin atəşkəsi pozmasından bir kəlmə də olsun yazmır, lakin döyüşlərin baş verməsinə görə Azərbaycanı hədəfə alır. Erməni mətbuatı iddiasını absurd ifadələrlə davam etdirir:

"Azərbaycan tankları nəinki Rusiya istehsalı mərmilərlə atəş açır, eyni zamanda, ermənilərə Rusiya siyasəti ilə cavab verir.

Müharibə siyasi mesaj və cavablar arenasına çevrilir, bu isə paralel olaraq Rusiya iqtisadiyyatı üçün maliyyə dividentləri gətirir, belə ki, işlədilən rus mərmi və güllələri yeni-yeni sifarişlər gətirir”. 

Qəzet yazır ki, cəbhə xəttində döyüşlərin getdiyi vaxt Rusiya ATƏT-dəki nümayəndəsi Aleksandr Lukaşeviçin ağzı ilə bəyan edir: “Rusiya İrəvan və Bakı arasında hərbi toqquşmaların davamını mümkün sayır.
Özü də bunu Rusiya nümayəndəsi edir, o ölkənin nümayəndə ki, Qarabağ problemi ilə məşğul olmaq mandatı var”. 

Qəzet iddia edir ki, son günlər Rusiya diplomatlarının bəyanatları tək məqsəd güdür: rus sülhməramlılarının Qarabağda varlığının vacibliyini sübut etmək: 

"Sülhməramlıların yerləşdirilməsinin ən əsaslı sübutu – müharibədir. Başqaları üçün alternativ variant sülhməramlılar olsa da, Ermənistan üçün alternativ sülhdür. 

“Axı, bu niyə baş verdi?”, sualına Lavrovun diplomatik şəkildə səsləndirmədiyi cavab da belə olmalı idi. Sual Ermənistanı məcbur etdi ki, illər boyu Rusiyaya qarşı apardığı sadiq nökərçilik siyasətinə yenidən baxsın. Ancaq bunu hələ də ölkə hakimiyyətinin bütün nümayəndələri dərk etməyib. Ya da hamıya icazə verilməyib ki, bunu dərk etsin. Nə vaxtadək ki, Ermənistan Rusiya siyasətinə tam və qəti şəkildə baxmayıb, sualın cavabını hər gün ya da hər həftə Qarabağda erməni-Azərbaycan təmas xəttində eşidəcəyik. Cavab Rusiya istehsalı ağır silahlar ifasında səslənəcək”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam