Yenixeber.org: ABŞ Dövlət departamentinin fars dilindəki Twitter səhifəsində edilən paylaşımda İrandakı etirazların əsl səbəblərini ilk olaraq bəyan edən jurnalistlər Nilufər Hamedi və İlahə Məhəmmədini həbsdə saxlayan İran hökuməti söz azadlığına qarşı təzyiq göstrəməkdə günahlandırılır.
“Jurnalistlər Nilufər Hamedi və İlahə Məhəmmədinin həbsi qlobal diqqət və qınaq tələb edən mətbuat azadlığının kobud şəkildə pozulmasıdır. Hətta onlar “İlin Qızıl Qələmi” mükafatınıa laiq görülüblər. Lakin İran rejimi onların mühüm işlərini tərifləmək əvəzinə onları cəzalandırmaq qərarına gəlib. Bu “düşmən hökumətlərlə əməkdaşlıq” ittihamı həqiqəti üzə çıxarmağa cəsarət edən jurnalistləri susdurmaq və qorxutmaq üçün açıq cəhddir. Onların sırf jurnalist vəzifələrinə görə təzyiqə məruz qalması çox dəhşətli və qəddardır”, - Tvitdə deyilir.
ABŞ:İran hökuməti tərifə layiq olanları cəzalandırır
Nilufər Hamedi və İlahə Məhəmmədinin hələ də həbsdə saxlanması mətbuat azadlığının kobud şəkildə pozulması, həqiqəti üzə çıxarmaq cəsarəti olan jurnalistləri susdurmaq və qorxutmaq üçün açıq cəhddir.
Bəyanatda Hamedi və Məhəmmədinin məhkəmə prosesi saxta adlandırılır və bu iki jurnalistin məhkəməsinin “ədalətə istehza” olduğu bildirilir.
Məhsa Əmininin ölümü və dəfni ilə bağlı reportaj hazırlayan bu iki jurnalistə qarşı teokratik rejim “düşmən Amerika hökuməti ilə əməkdaşlıq” və “rejimə qarşı təbliğat fəaliyyəti” ittihamları irəli sürüb.
Məhsa Əmininin ölümü və dəfni ilə bağlı reportaj hazırlayan bu iki jurnalistə qarşı teokratik rejim “düşmən Amerika hökuməti ilə əməkdaşlıq” və “rejimə qarşı təbliğat fəaliyyəti” ittihamları irəli sürüb.