Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vaşinqton və Berlin Kiyevi NATO-ya buraxmaq istəmir -"Politico"

"Ukrayna NATO-nun qeyri-müəyyən üzvlük planından narazıdır".
Yenixeber.org: Bu fikirlər ABŞ-ın "Politico" saytında dərc olunan məqalədəndir. Nəşr yazır ki, Vaşinqton və Berlin Kiyevə alyansa qeyd-şərtsiz qoşulmaq üçün söz verilməyəcəyini bəyan ediblər.
NATO liderləri yalnız şərtlər yerinə yetirildikdə və bütün müttəfiqlərin razılığı olduğu halda Ukraynanı alyansa qoşulmağa dəvət edəcəklərini bildiriblər. Bu qərar blokun 31 üzvü arasında aparılan gərgin danışıqların nəticəsidir.
Hər kəs münaqişə davam etdiyi müddətdə Ukraynanın NATO-ya daxil ola bilməyəcəyi tezisi ilə razılaşıb. Bir çoxu sammitdə Kiyevə jest edərək bəyan etdi ki, Ukrayna həqiqətən də üzvlüyə doğru yol alıb. Amma Vaşinqton və Berlin Kiyevə konkret vədlər verilməsinə qarşı çıxdılar.
Amma alyans Ukrayna silahlı qüvvələrinin Qərb standartlarına keçməsinə və yeni Ukrayna-NATO şurasının yaradılmasına kömək edəcək tədbirlər paketi üzərində razılaşdığını bəyan edib. NATO nümayəndələri demokratiya və təhlükəsizlik sahəsində zəruri olan islahatları təhlil edəcəklər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam