Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yaponiya ilə Şimali Koreya arasında gərginlik artıb

Yaponiya hökuməti Şimali Koreya hakimiyyətinə kəşfiyyat peyki buraxmaqdan çəkinməyə çağırıb.

Yenixeber.org: Bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bəyan edib.

Onun sözlərinə görə, Tokio Pxenyanı peykin buraxılmasını dayandırmağa çağırıb: “Yaponiya hökuməti hesab edir ki, raketin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması və Yaponiyanın təhlükəsizliyinə qarşı böyük təxribat olacaq”.

Yaponiya Müdafiə Nazirliyi isə bildirib ki, Şimali Koreyanın ballistik raketinin və ya onun fraqmentlərinin Yaponiya ərazisinə düşməsi təhlükəsi yaranarsa, Tokionun onların məhv edilməsinə yönəlmiş bütün lazımi tədbirləri görəcək.

 

Şimali Koreya iyunun 11-dək ilk kəşfiyyat peykini orbitə çıxarmaq niyyətindədir. Artıq Pxenyandan müvafiq bildiriş də alınıb.Öz növbəsində Yaponiyanın baş naziri Fumio Kisida vurğulayıb ki, Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır və bu məsələdə irəliləyiş gözləyir. Kisida xatırladıb ki, oğurlanmış Yaponiya vətəndaşları ilə bağlı məsələni həll etmək üçün Kim Çen Inla ilkin şərt olmadan şəxsən görüşmək istəyi barədə dəfələrlə danışıb. Eyni zamanda, Yaponiyanın baş naziri aydınlaşdırıcı suala cavab olaraq, mövzu ilə bağlı Tokio və Pxenyan arasında təmaslar barədə heç bir təfərrüat açıqlamayıb.

KXDR xarici işlər nazirinin müavini Pak San Qil isə qeyd edib ki, Tokio “keçmişdən yapışmağı” dayandırarsa və oğurlanmış yapon vətəndaşları mövzusunun müzakirəsini danışıqlar üçün şərt kimi irəli sürməzsə, Pxenyan Yaponiya ilə sammit keçirməyə hazırdır.

 

Şimali Koreya iyunun 11-dək ilk kəşfiyyat peykini orbitə çıxarmaq niyyətindədir. Artıq Pxenyandan müvafiq bildiriş də alınıb.Öz növbəsində Yaponiyanın baş naziri Fumio Kisida vurğulayıb ki, Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır və bu məsələdə irəliləyiş gözləyir. Kisida xatırladıb ki, oğurlanmış Yaponiya vətəndaşları ilə bağlı məsələni həll etmək üçün Kim Çen Inla ilkin şərt olmadan şəxsən görüşmək istəyi barədə dəfələrlə danışıb. Eyni zamanda, Yaponiyanın baş naziri aydınlaşdırıcı suala cavab olaraq, mövzu ilə bağlı Tokio və Pxenyan arasında təmaslar barədə heç bir təfərrüat açıqlamayıb.

KXDR xarici işlər nazirinin müavini Pak San Qil isə qeyd edib ki, Tokio “keçmişdən yapışmağı” dayandırarsa və oğurlanmış yapon vətəndaşları mövzusunun müzakirəsini danışıqlar üçün şərt kimi irəli sürməzsə, Pxenyan Yaponiya ilə sammit keçirməyə hazırdır. KXDR-in kəşfiyyat xidmətləri tərəfindən yaponların oğurlanması mövzusu rəsmi diplomatik əlaqələri olmayan iki dövlət arasında münasibətlərdə ən ağrılı mövzulardan biridir. 2002-ci ildə Pxenyan ilk dəfə yalnız 13 Yaponiya vətəndaşının qaçırıldığını etiraf edib və onlardan beşinin vətənlərinə qayıtmasına icazə verib. Qalanların öldüyü elan edilərək onların qalıqları yaxınlarına göndərilib.Lakin qalıqların Yaponiya vətəndaşlarına aid olmasını təsdiqləmək mümkün olmayıb. 2014-cü ilin mayında Yaponiya və KXDR hökumətləri yapon vətəndaşlarının oğurlanması ilə bağlı yeni təhqiqat aparmağa razılaşdılar, lakin sonradan bununla bağlı komissiya Pxenyanın təşəbbüsü ilə ləğv edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam