Yenixeber.org: Bunu “Ata” siyasi blokundan prezidentliyə keçmiş namizəd Sinan Oğan tərəfdaşları ilə görüşdə seçkilərin 2-ci turunda Ərdoğanı dəstəkləməsi ilə bağlı tərəfdaşları görüşündə deyib.
O Kılıçdaroğlu ilə görüşdə parlamentdə üstünlük təşkil etmədiklərinə diqqət çəkdiyini qeyd edib:
"Bildirdim ki, hazırki sistemdə prezidentliklə parlamentin eyni ittifaqda olması önəmlidir. Əgər bizim dəstəyimizlə prezidentliyə seçilsəniz parlamentdə üstünlüyə sahib olmayan biri kimi ölkəni necə idarə edəcəksiniz? Lakin bu sualıma cavab almadım. Millət sizə etibsəar etmir ki, parlamenti də təslim etmiş. Siz millətin, Məclisin etibarını qazanmadan "mənə dəstək olun" deyirsiniz. Bizim qərarımıza bu təsir etdi", Oğan qeyd edib
Sinan Oğan ən doğru qərarın "Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək olduğunu qeyd edib:
"Biz Qarabağı deyil, Qəbdili dəstəkləyəcəkdik? Qarabağda Türkiyənin dəstəyini "Türkiyə ora cihadçılar göndərir" deyənləri dəstəkləyəcəkdir? Zəngəzur dəhlizindən yan keçənlıri dəstəkıəyəcəkdik? Bu, önəmli fəhlizdir. Türkiyə ilə türk dünyası arasında təkbətək quru yoludur ki, siz bundan yan keçməyib deyirsiniz. İnanmaq çətindir. Erməni mətbuatını yaxından izləyirəm. 14 maydan əvvəl Azırbaycanda "az qaldı", "14 May gəlsin siz görəcəksiniz" deyirdilər. 14 May gəldi və şükür kimin nəyi gördüyünü gördük", Oğan vurğulayıb.
Sinan Oğandan ermənilərə:"14 May gəldi, kimin nəyi gördüyünü gördük"
"Seçkidən əvvəl Meral Akşenerə, Məhərrəm İncəyə və bizə edilənlər və bu gün davam edənlər qərarımıza böyük təsir etdi. Demokratiya onlar üçün sadəcə sözdür”