Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Əbülfəzl Qədyani:“Həll yolu inqilabdır”

İran hakimiyyətinin ondan narazı olanlara qarşı apardığı repressiya siyasəti cəmiyyətdə radikal əhval-ruhiyyəni daha da gücləndirir. Buna görə də insanlar yeganə çıxış yolunu teokratik rejimin devrilməsində görürlər.
Yenixeber.org: Siyasi fəal Əbülfəzl Qədyani indiki vəziyyətlə İranda mövcud rejimi devirmək üçün inqilabın baş verməsinin çox da uzaqda olmadığını deyib. Qədyani hakimiyyət tərəfindən etirazçıların edam edilməsindən ikrah hissi keçirdiyini vurğulayıb.
“Sistemi dəyişdirməyin ən dinc və qeyri-zorakı yolu mövcud rejimin istefa verib millətə təslim olması, tövbə edib millət qarşısında bağışlanma diləməsi və millətin yolundan çəkilməsidir. Bununla da, xalq azad referendum keçirməklə öz istədiyi sistemi, insan haqlarına əsaslanan dünyəvi demokratik respublika sistemini qura və ölkənin yenidən qurulmasına başlaya bilər. Lakin ötən illərin sübutları, təcrübəsi göstərir ki, belə bir hadisənin baş verməsi demək olar ki, mümkün deyil. Bu kimi edamlar yalnız insanların qəzəb və ikrah hissini artırır və onları sistemi devirmək üçün daha əzmkar edir. İnsanlar şüurlu şəkildə dərk etdilər ki, inqilabi hərəkat, küçə etirazları və ümummilli tətillərdən başqa çarə yoxdur. Gec-tez bu inqilab baş verəcək və bunun baş verməsi uzaq deyil. Təbii ki, dinc və qeyri-zorakı” – siyasi fəal söyləyib.
İslam İnqilabı Mücahidləri təşkilatının qurucusu və keçmiş üzvü Əbülfəzl Qədyani dəfələrlə saxlanılaraq həbs olunub və 1981-1989-cu illərdə İranın baş naziri vəzifəsini tutan, habelə 2009-cu ildə prezident seçkilərində iştirak etmiş Mirhüseyn Musəvinin yaxın adamlarından biri sayılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam