Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Priqojin müəmmasına Kremlin, müxalifətin və Qərbin YANAŞMASI

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Serbiyanın mətbuatına "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinlə bağlı vəziyyəti şərh edib. 

Yenixeber.org:Peskov qruplaşmanın Baxmutdan getməyəcəyini açıqlayıb.  

O, həmçinin şəhərin Rusiya qüvvələri tərəfindən nəzarət altına alınacağını da əlavə edib. 

"Heç kimin adını çəkməyəcəyəm, amma deyim ki, onlar nə deyirlər desinlər, hansı bəyanatlar verirlərsə versinlər, söhbət Rusiya Federasiyasının silahlı qüvvələrindən gedir. Bunların hamısı Rusiya qüvvələridir. Bunlar hamısı eyni qüvvələrdir ki, eyni məqsədi həyata keçirirlər. Biz şübhə etmirik ki, şəhər nəzarət altına alınacaq”, - Peskov bildirib. 

"Orada çox güclü istehkam ərazisi və Ukrayna silahlı qüvvələrinin böyük qruplaşması var. Həmçinin xarici silahlar var. Ona görə də orada emosiyalar qaynayır", - Peskov söyləyib. 

Daha əvvəl Rusiyanın müxalif-liberal "Meduza" nəşri yazmışdı ki, Kreml Priqojinin bəyanatlarını mənfi qəbul edib və onun qırmızı xətləri keçdiyini hesab edir. 

Qərbin nüfuzlu "Politico" nəşri isə Priqojinin sursat çatışmazlığı barədə kampaniyasının saxta olduğunu yazıb. 

Nəşr 2 ABŞ rəsmisinə istinadən əslində qruplaşmanın hələ də Baxmutun əhəmiyyətli hissəsinə nəzarət etdiyini qeyd edib: "Priqojinin dediyindən daha çox döyüş sursatı var". 

Rəsmilər əlavə ediblər ki, Priqojinin çıxışlarını və verdiyi vədləri daha ətraflı şərh etməyəcəklər, çünki Putinin aşpazı özü üçün əlverişli siyasi mövqe tutmaq üçün belə bir kampaniya aparır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam