Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Müəmmər Gülər də əks-hücuma keçdi

 

 

     Türkiyədə 17 dekabrda  həyata keçirilən korrupsiya və rüşvətxorluğa qarşı əməliyyatda oğlu həbs olunan sabiq daxili işlər naziri Müəmmər Gülər Mardində, seçicilərinin qarşısında çıxış edib.
 
"xeberinfo.com" Türkiyədə çıxan "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, sabiq nazir, hazırkı millət vəkili bildirib ki, o, xalqın qarşısına bir daha, tam bəraat aldıqdan sonra çıxacaq. 
 
Gülər deyib: "Şəxsimə, ailəmə, ətrafıma, 40 ildir xidmət etdiyim yerlərin gözəl insanlarına, partiyadaşlarıma, həmsəhərlilərimə hesab verəcəyəm. Bu hesabı vermədən də siyasətə davam etməyəcəyəm. Bunun burada bilinməsini istəyirəm". 
 
Sabiq nazir deyib ki, 2012-ci ilin iyununda xalq onlara mandat verib: "2015-ci ilə qədər yanınızdayıq, canımla, qanımla bu mübarizənin içindəyəm. Hansı sifətlə olursa, olsun, bu partiyanın nəfəri belə olmaq onun şərəfi bizə yetər.  Verəcəyimiz hesab konstitusiyaya, qanunlara uyğun olacaq. Biz bu işin nə olduğunu, filmin içində filmin olduğunu bilirik".
 
M.Gülər bildirib ki, 30 mart seçkiləri artıq bələdiyyə seçkisi olmaqdan çıxıb: "Bu iddianın davam etməsini istəyiriksə, milli iradə qəyyumluq altında qalmasın istəyiriksə, bu seçimi burada edəcəyik". 
 
Sabiq nazir çıxışı zamanı Gülən camaatından da danışaraq deyib ki, qanuni olmayan bir yolla məqsədinə çatmağa çalışanlar təbii ki, bunun qarşılığını görəcəklər: "İkinci Gəzi hadisəsi adlandırıla biləcək hadisələrin fərqindəyik. "İndi imperatorluğun çöküşünü seyr edəcəksiniz" deyənləri xəyal qırıqlığına uğratmaq üçün sizi duyğularımızın və ağlımzıın pərdələnməsinə fürsət verməməyə dəvət edirik".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam