Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ukrayna Krımı geri qaytara bilər -ŞƏRH

Ukrayna Krımı bu tarixdə qaytaracaq - PROQNOZ

    Ukrayna Krımı hətta Donbasdan öncə geri qaytara bilər.

Yenixeber.org: Belə bir sensasion məlumat “Foreign Policy” jurnalı tərəfindən yayılıb.

Jurnalın yazdığına görə, Ukrayna silahlı qüvvələrinin əks-hücumlarının məqsəd və istiqamətləri artıq sirr deyil. Qərb mediası və ABŞ mərkəzli Müharibələrin Tədqiqatı İnstitutu (ISW) hücumun detalları barədə ətraflı yazır. Bir çox mənbələr Ukrayna silahlı qüvvələrinin əks-hücumunun artıq başladığını bildirir. Gələn informasiyalara əsasən, Ukrayna ordusunun hücum əməliyyatları şərqdə (Baxmut yaxınlığında) və cənubda (Krımın kənarında) eyni vaxtda baş verir.

Rusiya qoşunlarının istehkam və hərəkətlərinin monitorinqini aparan ISW ekspertlərinə görə, cənubda əks-hücumun ehtimal olunan istiqamətləri belə görünür:

Xerson yaxınlığında keçid → Armyansk → Novoivanovka → Vitino və ya Melitopol → Medvedevka → Maslovo

“The Washington Post” qəzetinin yazdığına görə, ruslar təcili olaraq Krımın kənarında və yarımadanın şimal hissəsində uzunluğu bir kilometrə qədər olan istehkamlar qazırlar. İşlər “qabaqcıl” sovet texnologiyasından istifadə etməklə rekord müddətdə həyata keçirilir.

“The New York Times” qəzeti isə yarımadada kütləvi minalanma işlərinin aparıldığını yazıb. Cənub istiqamətində Rusiya silahlı qüvvələri artilleriya ilə möhkəmləndirilib.

CNN-in məlumatına əsasən, Krım və Melitopolda pilotsuz uçuş aparatlarının fəaliyyəti son günlər artıb. Ukrayna ordusu Xersonu azad etməzdən öncə də dron kəşfiyyatından fəal şəkildə istifadə edirdi.

“NBC News” Ukraynanın mümkün əks-hücumu barədə Konqresdə gizlin dinləmələr keçirildiyini bildirir. Kanalın məlumatına görə, burada “Ukraynanın Krımı geri qaytarmaq üçün kifayət qədər hərbi gücü olduğu” qeyd olunub.

“Reuters”in müxbirləri hücum briqadalarının təlim keçdiyi poliqonda olublar. Onların sıralarında yaz döyüşlərində iştirak edəcək 40 000 yeni əsgər var.

“Politico” saytının xəbərinə görə, ABŞ Dövlət Departamenti diplomatik vasitələri də işə salıb. Rəsmi Kiyev buna qarşı deyil və artıq Krımın reinteqrasiyası üçün 12 addımlıq plan hazırlayıb. Bu planın içində Krım körpüsünün sökülməsi və Sevastopolun adının dəyişdirilməsi də var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam