Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Siyasi sistemdə sağlam mühit:iqtidar-müxalifət dialoqu

 Yenixeber.org: Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı müasir dövrümüzdə ölkəmizin inkişafını təmin etməklə yanaşı, onun təhlükəsizliyi yüksək səviyyədə qorunur, qarşıda duran bütün əsas vəzifələr uğurla icra edilir. Hədəflər düzgün müəyyən edildiyindən qarşıya qoyulan məqsədlər öz həllini tapır. Müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir. Ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modelinin yaranması da əbəs deyildi. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. 
Azərbaycanın gücü 30 ilə yaxın müddətdə Ermənistanın işağalı altında olan torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad edilməsi ilə nəticələndi. Azərbaycanın əldə etdiyi parlaq Zəfər eyni zamanda, yeni reallıqlar yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Eyni zamanda, Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib, Azərbaycanın yaratdığı yeni reallıqlar həm ölkəmiz, həm də bütövlükdə region üçün yeni perspektivlər vəd edir, yeni çağırışlar yaradır.
Bütün bunlarla yanaşı, demokratik ənənələrə sadiq olan Azərbaycanın siyasi sistemində sağlam müxalifətçiliyin olması da münasibətlərdə sağlam dialoq mühitini formalaşdırıb. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu siyasi qüvvələr arasında münasibətlərin inkişafına təsirini göstərib. Ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə aparılan milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasət əhəmiyyət kəsb edir. Belə bir sağlam mühitdə bütün siyasi qüvvələr ölkəmizin inkişafı naminə səylərini birləşdirməlidirlər. Sözsüz ki, iqtidar-müxalifət münasibətlərinin yeni müstəviyə çıxması Azərbaycanın işıqlı gələcəyinə öz töhfələrini verəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır." 
Cənab Prezident hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərin olmasına ehtiyacımızın olduğunu bildirib. Əlbəttə ki, milli birlik, həmrəylik uğurları şərtləndirən amillər sırasındadır. "Siyasi partiyalar haqqında" yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü kimi diqqəti çəkmədi. Bu həm siyasi dialoqun, əməkdaşlığı müstəviyə çıxaran ali siyasi iradənin təzahürüdür. Söz yox ki, dövlət başçısının təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.
Azərbaycan hakimiyyəti hər zaman öz demokratik dəyərlərinə sadiq qalaraq dialoqa, əməkdaşlığa açıqdır. Demokratik inkişaf yolunda inamla addımlayan, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu Azərbaycanda davamlı olaraq siyasi sistemin inkişafına xidmət edən çox mühüm addımlar atılır, ardıcıl islahatlar reallaşdırılır. Ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlayan siyasi dialoq getdikcə daha dönməz xarakter alır. Yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması, qərargahı olmayan partiyalar üçün ofislərin ayrılması və bu kimi digər tədbirlər proseslərə güclü təkan verib. "Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var", - deyə Cənab Prezident bildirib.
 Qərəzli mövqelərdən çıxış edən tərəflər üçün ötən müddət öz siyasi fəaliyyətlərində olan nöqsanları aradan qaldırmaq imkanı yaratmışdır. Ölkədə bütün siyasi qüvvələrin ümummilli məsələlərdə, dövlətçiliyin möhkəmlənməsində bir güc kimi birləşməsi vacib məsələlərdəndir. Demokratik ölkədə müxtəlif məsələlərdəki fikir fərqliliyi plüralizm və demokratiyanın elementlərindən biridir. Əlbəttə ki, müxalifətçilik dövlətə və dövlətçiliyə qarşı çıxmaq deyil. Ölkədə siyasi dialoq mühitinin qorunub saxlanması və inkişafı siyasi qüvvələr arasında münasibətlərinin qorunmasına xidmət edir. Hər bir siyasi partiya cəmiyyətin ümumi inkişafına öz töhfəsini verməlidir.

 

Fuad Hüseynzadə,
Binəqədi RİH yanında İctimai Şuranın katibi, jurnalist


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam