Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

PUTİNİ NECƏ HƏBS ETMƏK OLAR? –Bu ölkələrə gedərsə, dərhal həbs olunacaq

Yenixeber.org: Bildirilib ki, BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Rusiya Prezidenti Vladimir Putinin və Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib. Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 24 fevral 2022-ci il tarixindən sonra Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.

Bəs Vladimir Putin Beynılxalq Cinayət Məhkəməsinin qərarı əsasında həbs edilə bilərmi?

Britaniyanın “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, Putin Sudanın sabiq lideri Ömər əl-Bəşir və Liviyanın başçısı Müəmmər Qəddafidən sonra BCM-nin həbsinə order verdiyi üçüncü prezident, BMT Təhlükəsizlik Şurasına daimi üzv olan beş ölkədən brinin isə ilk lideri olub.

Nəşr yazır ki, BCM-nin orderinə əsasən Vladimir Putin bundan sonra 123 ölkəyə gedə bilməz. Həmin ölkələr arasında Gürcüstan və Tacikistan, o cümlədən Venesuala da var. Əgər Putin adıçəkilən ölkələrə getsə, onlar Rusiya Prezidentini həbs edib Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməlidirlər .

Lakin Kreml bu gün məhkəmənin qərarını “qeyri-qanuni və qəbuledilməz” adlandırıb. Moskva məhkəmənin yurisdiksiyasını tanımadığından, BCM-nin Rusiya ilə bağlı istənilən qərarının “hökmsüz” olduğunu bildirib.

“Daily Mail”-ə görə, Rusiyanın bu mövqeyi istər-istəməz Putinin necə həbs oluna biləcəyi ilə bağlı suallar doğurur və yaxın vaxtlarda beynəlxalq tribunalın qurulacağını istisna edir.

BCM-nin Prezidenti Piotr Hofmanski etiraf edib ki, məhkəmənin hakimləri orderlər versə də, onların icrası beynəlxalq ictimaiyyətin üzərinə düşür.

Məlumatda qeyd olunur ki, Beynəlxalq cinayət ədalət mühakiməsinin Roma Statusu sisteminə əsasən, məhkəmənin orderlərini icra etmək üçün öz polis qüvvəsi yoxdur. Üstəlik, BMC-nin səlahiyyətini aldığı Əsasnamə qiyabi məhkəmələrin keçirilməsini istisna edir, yəni Putin şəxsən mühakimə olunmalıdır.

Putinin həbs olunma ehtimalı çox az olsa da, var. Putin xaricə səfər edərsə, BCM-nin həbs qərarına dair sistematik xatırlatmalar üzv ölkələrə göndəriləcək. Üzv ölkə əməkdaşlıq etmək tələbini yerinə yetirməsə belə, Putin birbaşa məhkəməyə gətirilə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam