Qriqoryan KTMT Baş katibini qəbul edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibini qəbul edib.
Yenixeber.org: Bu barədə Armen Qriqoryanın "Facebook" səhifəsində məlumat verilib.
Bildirilib ki, görüşdə tərəflər KTMT-nin məsuliyyət zonasındakı vəziyyəti müzakirə ediblər.
Armen Qriqoryan eyni zamanda, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə də KTMT Baş katibini məlumatlandırıb.