Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

"ERMƏNİLƏRİ YENİ QURBANLARA HAZIRLAYIRLAR..." -"Putin, Makron, Şolts narahatdırlar ki..."

Yenixeber.org: Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, Azərbaycanın Qarabağda antiterror əməliyyatı həyata keçirməsindən başqa çıxış yolu qalmayıb. O, hesab edir ki, 2020-ci ildəki müharibədən sonra Putin, Makron, Şoltsun bəyanatları Azərbaycanın Ermənistanın 28 illik hərbi təcavüzünün nəticələrinin tam və birdəfəlik aradan qaldırılmasına yaxınlaşmasından narahat olduqlarını göstərir.

Sabiq nazirin sözlərinə görə, hazırkı situasiya - “münaqişənin idarə olunması sistemi”nin regiona siyasi təsir rıçağı kimi sıradan çıxması bu liderləri, o cümlədən bir çox ölkələrin siyasətçilərini, deputatları qane etmir.

T.Zülfüqarov bildirib ki, münaqişənin davam etməsini arzulayan xarici oyunçuların məqsədləri Ermənistan hakim elitasının məqsədləri ilə üst-üstə düşür: “Təəccüblüdür ki, erməni elitası regionda qüvvələrin kritik disbalansı səbəbindən məqsədə çatmağın mümkünsüzlüyünü anlasalar da, bilərəkdən Ermənistan əhalisini yeni qurbanlara hazırlayır”.

“Yaranmış vəziyyətdə və Azərbaycan ərazisinin dərinliyində hərbi müqavimət ocaqları saxlamaq cəhdini nəzərə alsaq, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə antiterror əməliyyatı keçirməkdən və digər əraziləri işğaldan azad etməkdən savayı seçimimiz qalmır”- deyə, T.Zülfüqarov qeyd edib.

Sabiq nazir deyib ki, Azərbaycana qarşı sanksiyalar və qətnamələr qəbul edilməsi təhlükəsi ərazi bütövlüyümzün bərpası üçün apardığımız siyasətimizin gerçəkləşdirilməsində əngəl ola bilməz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam