Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

PUTİNİN BELARUSU “UDMAQ” PLANI –Ələ keçən gizli sənəddə nələr yer alıb?

Yenixeber.org: Bunların arasında "Süddeutsche Zeitung", WDR, NDR, "Yahoo News", "Delfi Eesti", "Expressen", "lndependent", "Frontstory"və başqa mediaların jurnalistləri də var.

Kremlə məxsusluğu iddia edilən sənəd “Rusiya Federasiyasının Belarus istiqamətində strateji məqsədləri” adlanır.

İddia edildiyinə görə, bu sənədin hazırlanmasında Rusiya Xarici Kəşfiyyat Xidməti, Federal Təhlükəsizlik Xidməti (FTX) və Rusiya silahlı qüvvələrinin Baş Qərargahı iştirak ediblər.

Qeyd olunur ki, Belarusa dair planlar 2021-ci ildən qurulur və Rusiyanın Ukraynaya müdaxiləsi bu planın perspektivlərini dəyişməyib.

Bu strategiyaya görə Kreml 2030-cu ilədək Belarus Konstitusiyasının islahatını başa çatdırmalıdır. İslahat konstitusiyada Rusiya maraqlarının nəzərə alınmasını, rus dilinin belorus dilindən üstünlüyünü və beloruslara Rusiya pasportlarının verilməsi prosedurunun sadələşdirilməsini təmin etməlidir.

Bundan başqa Kreml Belarusun informasiya məkanı üzərində nəzarətə malik olmaq, Belarusda Rusiyanın vahid dövlət imtahanı məntəqələri, həmçinin elm və mədəniyyət mərkəziləri açmaq istəyir.

Sənəddə həm də Belarusda “Rossotrudniçestvo” dövlət qurumunun filiallarının açılması nəzərdə tutulur. Bu dövlət qurumu əsasən Rusiya kəşfiyyatçıları üçün pərdə rolunu oynayır.

Bildirilir ki, 2022-ci ilədək Rusiya Prezidenti Administrasiyasının qarşısında Belarus rəhbərliyini İttifaq Dövləti üzərində işin zəruriliyinə inandırmaq vəzifəsi dayanırdı. Bu müqavilə formal olaraq hələ 2000-ci ildə hazırlanmışdı.

2022-ci ilin noyabrında İttifaq dövlətinin inteqrasiya fərmanı çərçivəsində iki ölkənin iqtisadi-ticari inteqrasiyası üzrə 28 proqram qəbul edilmişdi. Bu proqramlara vahid enerji və maliyyə bazarlarının yaradılması, vergi və gömrük siyasətlərinin uyğunlaşdırılması da daxil idi. Elə o vaxt həm də birgə hərbi doktrina təsdiq olunmuşdu.

Bu proqramların razılaşdırılması mərhələsində Aleksandr Lukaşenko əmin edirdi ki, Rusiya ilə iqtisadi inteqrasiya Belarusun suverenliyinə təhlükə yaratmır. Amma Putin bildirirdi ki, iqtisadi bazisin yaradılmasından sonra iki ölkə arasında siyasi yaxınlaşma baş verməlidir.

“Dosye” yazır ki, sözügedən strategiyada habelə Rusiyanın Belarusa dair planlarına mümkün təhlükələrdən də bəhs olunur. Kremldə ehtiyat edirlər ki, Belarusun NATO-ya üzv ölkələrlə yaxınlaşması, millətçi və qərbyönlü siyasətçilərin Lukaşenkoya mümkün təsirləri, Belarusda rus dilində təhsildən imtina edilməsi sözügedən planları poza bilər.

"Dosye" yazır ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi sözügedən planları dəyişməyib.

Kremldaxili sənədi əldə etmiş media mənbələrindən biri qeyd edir ki, “Belarus üzərində tam nəzarətə nail olunması kimi uzunmüddətli məqsəd qüvvədə qalır”.

Bir sıra ekspertlər bu qənaətdədirlər ki, öz ölkəsini Rusiyanın Ukraynaya qarşı müharibəsində platsdarm etmiş Lukaşenko Belarusun olan-qalan suverenliyini də itirib.

Amma bu da qeyd olunur ki, Ukrayna müharibəsi Rusiyanın planlarını sıradan çıxarmasa da, prosesi bir qədər ləngidib.

Sənədin həqiqiliyinə gəlincə isə, bir sıra xarici ekspertlər və xüsusi xidmət işçiləri onun həqiqətən də Kremldə hazırlandığına inanırlar. "Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam