Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“HUQERBETS XURAFATI...” –“Zəlzələ kahini”, yoxsa tutmayan proqnozlarını bir-bir silən saxta alim?

Yenixeber.org: Məlumat üçün qeyd edək ki, Huqerbets fevralın 3-də “Twitter” hesabından etdiyi paylaşımda bildirmişdi ki, “yaxın tarixdə Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ olacaq”.

Təbii fəlakətin coğrafi yerini və gücünü aşağı-yuxarı doğru təxmin edən Huqerbetsin bu paylaşımı qısa müddət ərzində gündəm oldu. İnsanlar bir anda Huqerbetsi ilahiləşdirərək, ona “zəlzələ kahini”, “zəlzələ peyğəmbəri” kimi ləqəblər taxmağa başladılar. Hazırda yerli KİV-lər başda olmaqla, bir çox xəbər saytları gün ərzində Huqerbetsin açıqlamalarını və zəlzələ proqnozlarını təqdim edərək, “zəlzələ peyğəmbəri”nin zəlzələdən xəbərdar olduğunu iddia edirlər.

Təbii ki, qısa müddət ərzində “Twitter”də məşhurlaşan və böyük izləyici kütləsi toplayan Huqerbets, bu fürsətdən yararlanaraq, yeni təxminlər verməyə başlayıb. Məsələn, o, sonuncu paylaşımında bunları yazıb: “Türkiyədə 5-6 bal gücündə təkanlar davam edəcək. 10 fevralda seysmik dalğalar gözləyirəm. Amma şiddətli olmayacağını təxmin edirəm. Ayın həndəsəsinin fevral ayının 13-14-də formalaşdığını görürük. Bu, bir az kritik ola bilər”.

Əslində Huqerbetsin bu paylaşımını proqnoz adlandırmaq belə doğru deyil. Çünki ən aşağı coğrafi bilikləri olan insanlar da bilir ki, zəlzələ baş verən ərazidə bir müddət seysmik aktivlik müşahidə olunur və bu zaman qeydə alınan afterşoklar elə də güclü olmur. Eyni zamanda onsuz da böyük bir hissəsi seysmik zonada yerləşən Türkiyədə bu cür zəlzələnin olacağı gözlənilirdi.



Qeyd edək ki, internet resursları üzərindən apardığımız araşdırma nəticəsində Huqerbetsin sosial media hesabından daha əvvəl Türkiyə və dünyanın müxtəlif bölgələrində zəlzələ olacağını proqnozlaşdırdığı, lakin bu təxminlərin gerçəkləşmədiyi ortaya çıxıb.

Məsələn, Huqerbets, daha əvvəl 2019-cu ilin 17-21 fevral tarixləri arasında 7,8 və ya daha böyük zəlzələnin baş verəcəyini iddia edib. Lakin həmin tarixdə heç bir zəlzələ qeydə alınmayıb.

Bundan əlavə, “zəlzələ mütəxəssisi” 30 avqust - 2 sentyabr tarixləri arasında 6-7 bal gücündə zəlzələ ola biləcəyi ilə bağlı insanları xəbərdar etmişdi və yenə də proqnozlarında yanılmışdı.

Həmçinin o, bildirmişdi ki, 2019-cu ilin əvvəlində Türkiyəni 6 və ya 7 bal gücündə zəlzələ gözləyir. Həmin vaxt Türkiyədə bu səviyyədə zəlzələ baş verməmişdi.

Kahramanmaraşdakı hadisədən öncə isə hollandiyalı martın 7-9-da Türkiyədə 7 bal gücündə zəlzələ olacağını iddia etmişdi. Və onun bu təxmini də boşa çıxmışdı.

Bir sözlə, bütün dünyaya yayılan “Huqerbets xurafatı”nın proqnozlarının düz çıxma ehtimalı yüzdə birə bərabərdir. Onu “zəlzələ peyğəmbəri” adlandıran şəxslər isə elə bu xurafatın bir parçasına çevrilənlərdir.

Qeyd edək ki, mütəxəssislər zəlzələlərin dəqiq tarixini əvvəlcədən proqnozlaşdırmağın mümkün olmadığını bildirirlər. Hər halda mümkün olsaydı, yaponlar 2011-ci il martın 11-də Töhoku zəlzələsini proqnozlaşdırardılar. Hazırda bütün dünyada zəlzələnin yalnız təxmini yerini və maqnitudasını proqnozlaşdımraq mümkündür. 

Digər tərəfdən bu cür proqnozlar etik baxımdan düzgün hesab olunmur. Çünki belə proqnozlar cəmiyyətdə böyük sosial, iqtisadi və psixoloji problemlər yarada bilər.

Yeri gəlmişkən onu da qeyd edək ki, “Twitter” hesabından müxtəlif zəlzələ təxminləri verən Huqerbets, yalnış çıxan proqnozlarını bir-bir səhifəsindən silməyə başlayıb. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam