Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

“Xorvatiya şirkətləri minatəmizləmə sahəsində ANAMA ilə fəal əməkdaşlıq edir” -Branko Zebic

 

Minatəmizləmə sahəsində böyük təcrübəyə malik Xorvatiya Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərin minalardan təmizlənməsində iştirak edən Azərbaycanın ANAMA agentliyi ilə fəal əməkdaşlıq edir.

Yenixeber.org: Bu barədə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic  müsahibəsində deyib.

Onun sözlərinə görə, Xorvatiya 25 ildən çoxdur ki, mina problemi ilə mübarizə apardığına görə bu sahədə böyük təcrübəyə malikdir.

Səfir əlavə edib ki, minatəmizləmə maşınları istehsal edən və minatəmizləmə prosesində birbaşa iştirak edən Xorvatiya şirkətləri var: “Bunlardan biri minatəmizləmə maşınları istehsal edən DOK-ING şirkətidir. Şirkətin istehsal etdiyi texnikadan Qarabağda istifadə olunur və özünü çox yaxşı tərəfdən göstərib”.

Minaaxtaranlar məsələsinə münasibət bildirən səfir hazırda bununla əsasən Azərbaycanın məşğul olduğunu vurğulayıb.

O əlavə edib ki, bu irimiqyaslı işə xarici şirkətlərin də cəlb olunacağı gözlənilir: “Hesab edirəm ki, Xorvatiyanın “Piper” şirkəti Azərbaycanda minatəmizləmə ilə məşğul ola biləcək şirkətlərdən biridir”.

B.Zebic deyib ki, DOK-ING şirkətinin əl ilə minatəmizləmə işləri aparan və bu məqsədlə öyrədilmiş itlərdən istifadə edən bölməsi də var: “Görünür, Azərbaycan onlarla müqavilə bağlayıb və bu il ölkənizə 10-12 minaxtaran it gətiriləcək”.

Xorvatiya səfiri ilə müsahibənin tam versiyası yanvarın 16-da dərc olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam