Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“MƏNİ ƏSƏBLƏŞDİRMƏYİN!...” –Nəcməddin Sadıqov hələ də “naçalnik qenştaba” havalarındadır

Yenixeber.org: Bugünlərdə Azərbaycan Müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov mətbuata müsahibəsində Nəcməddin Sadıqov haqda bir sıra ittihamlar səsləndirərək, onu satqın adlandırıb.

E.Orucovun özünə də birmənalı münasibətin olmamasına baxmayaraq, onun N.Sadıqovla bağlı fikirləri marağa səbəb olub və “manset.az” E.Orucovun ittihamlarına dair N.Sadıqovun özündən açıqlama alıb. Özünü hələ də çox vacib adam hesab etdiyi dərhal sezilən N.Sadıqovun reaksiyası qısa olub: "Kimdir o? Kimdir, Elbrus Orucov? Bəsdirin, əl çəkin məndən, öz işinizlə məşğul olun. Məni əsəbləşdirməyin, bu şeyləri də yığışdırın!"

Görünür, özünü sanki mətbuatla deyil, öz tabeçiliyindəki şəxslərlə, yaxud köməkçiləri, qulluqçuları ilə danışırmış kimi aparan Sadıqovun başından hələ də “naçalnik qenştaba” havaları çıxmayıb və anlamaq istəmir ki, “öz işinizlə məşğul olun” dediyi mətbuat təmsilçisinin işi elə onun kimiləri danışdırmaqdır.

Uzun illər ordunun gözdən salınması, orduya Türkiyə standartlarının gətirilməsinin, deməli həm də onun güclənməsinin qarşısının alınması üçün atılmış addımlarda Sadıqovun əsas fiqurlardan biri olduğuna dair çoxsaylı iddialar var. Lakin bütün bunlar təəssüf ki, lazımi səviyyədə araşdırılmır. Əvəzində, belə görünür ki, Sadıqov özünü çox vacib, toxunulmaz və əlahiddə biri hesab etməkdə davam edir. Onun mətbuata ədalı və yekəxana cavabları da yəqin ki, bundan irəli gəlir.

“Elbrus Orucov kimdir” deyən Sadıqovdan soruşan lazım idi ki, bəs, sən özün kimsən? Əgər sən və sənin kimilər doğrudan da səmimi, təmənnasız və vicdanlı şəkildə Azərbaycana, onun ordusuna, qələbəsinə xidmət etsəydiniz, sizə ən yüksək səviyyədə inam olsaydı, müharibənin ilk günlərindəcə kənara atılmazdınız. Demək, bu savaş və qələbə üçün təhlükə mənbəyi olmusunuz!

“Əsəbləşməyə” gəlincə, haqlı və vicdanı təmiz olan şəxs əsəbləşmək əvəzinə, onun ünvanına söylənənlərə dürüst və təmkinlə cavab verər. Əslində, Sadıqov kimilərin nə əsəbləri, nə sağlamlığı, nə rahatlığı səngərdəki əsgərin, qazinin, şəhid ailələrinin, xəyanət adı altında şərlənib həbsə atılan, işgəncə verilən günahsız hərbçilərimizin əsəbindən, sağlamlığından artıq deyil. İndi, bir qədər gec olsa da, artıq bu cür “generallar”dan hesab sormaq zamanıdır və belələri təkcə jurnalistə yox, istintaqa, məhkəməyə cavab verməlidirlər...“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam