Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Erməniləri fəlakətə sürükləyən Araik-Vardanyan tandemi -tarixdən dərs çıxarılmalıdır

 

Azərbaycanlı ekofəalların Şuşa-Laçın yolundakı etiraz aksiyaları beş gündür davam edir. Etirazın səbəbi Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz talanması və torpaqlarımızda törədilən ekoloji terrordur.

Yenixeber.org: Məlum olduğu kimi, rusiyalı milyardar Ruben Vardanyan bir müddət əvvəl Qarabağdakı separatçıların qanunsuz hökumətində baş nazir postuna uyğun olan “dövlət naziri” vəzifəsinə təyin edilib. O, Rusiya vətəndaşlığından imtina etsə də, bu ölkədəki biznesini və aktivlərini saxlayıb. R.Vardanyan 2022-ci ildə Qərbin sanksiyalarından gizlənərək Qarabağda qeyri-qanuni qızıl hasilatı və ixracı ilə məşğul olmağa başlayıb.

Bu gün Laçın-Şuşa yolundakı aksiyanın da, ümumi gərginliyin də günahkarı Ruben Vardanyandır. Onunla Qarabağdakı erməni separatçılarının tör-töküntülərinin “rəhbəri” Araik Arutyunyan sövdələşməsinin kökündə hərislik və qanunsuz yolla kapital toplamaq niyyəti dayanır.

 

Vardanyan belə təsəvvür yaratmağa çalışır ki, bu ərazilərdə təbii ehtiyatların qanunsuz istismarı burada yaşayan erməni əhalinin firavanlığı üçün lazımdır. Əslində isə bu yataqlardan əldə olunan qanunsuz gəlir Vardanyan-Arutunyan mafiyasının cibinə gedir.

Əvvəla, Azərbaycan hökuməti ölkənin sərvətlərinin qanunsuz talanmasına, torpaqlarımızda törədilən quldurluğa dözümlü yanaşa bilməz. Bunu nəinki qondarma respublika və Ermənistan iqtidarı, bütün dünya bilir. İkincisi, nəzərə almaq lazımdır ki, Araik beynəlxalq axtarışda olan terrorçu, Vardanyan isə Moskvanın “kadrıdır”.

Bu gün Vardanyanın əsas niyyəti təbii ehtiyatların qanunsuz istismarı üçün münbit şərait yaratmaqdır. O, bunun üçün Arutunyanla birlikdə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində hərbi xunta yaratmaq haqqında düşünür. A.Arutunyanın “hərbi vəziyyət” elan etməsi də bu istiqamətdə atılan addımdır.

 

Azərbaycanın Qarabağda yaşayan erməni əhali ilə heç bir problemi yoxdur, onları öz vətəndaşları hesab edir. Bu barədə Prezident İlham Əliyev də, Azərbaycan Xarici İşlər Nazirliyi də dəfələrlə bəyanat verib. Hətta bu günlərdə Azərbaycan XİN-dən bildirildi ki, rəsmi Bakı ermənilərin təhlükəsizliyini təmin etməyə indi də hazırdır. Amma bunun üçün Qarabağda yaşayan ermənilər vətəndaşlığımızı qəbul etməlidirlər. Əgər bunu etmirlərsə, onda torpaqlarımızdan birdəfəlik çıxmalıdırlar. Onlar başa düşməlidir ki, bizim torpaqlarımızda qanunsuz yaşaya bilməzlər.

Bu gün bu ərazidə yaşayan 25-30 min erməni Vardanyanın qanunsuz biznesinin girovuna çevrilib. Bu əhali Vardanyanın onların taleyi ilə oynamasına imkan verməməlidir. Onlar öz gələcəkləri barədə düşünməli, soyuqqanlı və məntiqli davranmalıdırlar.

 

Onu də nəzərə almaq lazımdır ki, ermənilərin Azərbaycan sərvətlərini talan etməkdə böyük təcrübəsi var. Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sarkisyan və onların komandası uzun illər ərzində Azərbaycan ərazilərindəki təbii sərvətləri, qızıl yataqlarını talan ediblər. Oradan əldə olunan vəsait Qarabağın inkişafına yönəldilsəydi, həmin ərazilər belə acınacaqlı durumda, sakinlər də rəzil vəziyyətdə olmazdılar.

Talançılıqdan əldə olunan pul Koçaryanın, Sarkisyanın, Qarabağdakı xunta rəhbərlərinin cibinə getdiyi üçün orada belə acınacaqlı durum var. İndi də Arutunyanla Vardanyan onların “xələfi” rolunda çıxşı etmək istəyir. Odur ki, Qarabağdakı ermənilər tarixi təcrübədən dərs çıxarmalıdırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam