Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Makronun birtərəfli mövqeyi Fransa üçün fundamental bərabərlik prinsiplərini sarsıdır

 

Fransa Prezidenti Emmanuel Makronun bu yaxınlarda televiziyaya müsahibəsində Ermənistanın xeyrinə uğursuz və birtərəfli bəyanat verməsi beynəlxalq normaların fundamental prinsiplərini pozmaqla yanaşı, açıq şəkildə bu ölkənin Ermənistanla Azərbaycan arasında münasibətlərin sabitləşdirilməsində qərəzsiz vasitəçi roluna xələl gətirir.

Yenixeber.org: Avropa İttifaqının (Aİ) liderlərindən biri olan və vasitəçilik prosesi ilə sıx bağlı olan dövlət başçısının belə bəyanatları Avropanın rəsmi Bakı və İrəvanı birbaşa sülh danışıqlarına cəlb etmək səylərinə kölgə salır.

“Təəccüblü deyil ki, Azərbaycanda bu bəyanat Fransanın qərəzli olmasını göstərən yeni sübut kimi deyil, azərbaycanlıların hisslərinin təhqir edilməsi kimi qəbul edilib. Bu münaqişə nəticəsində minlərlə mülki azərbaycanlı həyatını itirib”, - məqalədə qeyd olunub.

Nəticədə Azərbaycan dövlət başçısının Fransanın sülh prosesində gələcək vasitəçilik rolundan imtina etməsi təəccüblü deyil.

Beləliklə, E.Makronun düşünülməmiş və yersiz bəyanatları bu ölkənin Cənubi Qafqazdakı mövqeyinə zərbə vurmaqla yanaşı, həm də Fransanın hər zaman qabartdığı fundamental bərabərlik prinsiplərini sarsıdır.

Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində Avropa QHT-ləri koalisiyasının bu yaxınlarda keçirilən iclasında azərbaycanlılar və ermənilər arasında birbaşa dialoqun təşviqi üçün şəraitin yaradılması müzakirə edilib və digər məsələlərlə yanaşı, Xocalı faciəsi barədə də bəhs edilib.

Məqalədə deyilir ki, onlar Fransa Prezidenti Emmanuel Makrona müraciət edərək, həqiqi neytral vasitəçi rolunu öz üzərinə götürməyə çağırıblar.

Koalisiya nümayəndələrinin fikrincə, davamlı sülh prosesinə başlamaq üçün Ermənistan hökumətinin cəsarətli addım atmasına və Xocalı ətrafındakı tabuları sındırmasına çox ehtiyac duyulur.

Onlar hesab edirlər ki, Fransa dövləti E.Makron vasitəsilə Ermənistanı əvvəlki hökumətlərin törətdiyi bu cinayətin ciddiliyini tanımağa təşviq etməli və həqiqətin bərqərar olmasına töhfə verməlidir.

“Bununla siz nəinki Fransanın qərəzsiz mövqeyini və onun Cənubi Qafqaz regionunda nüfuzunu bərpa etmiş olacaqsınız, həm də region xalqlarının “dəyərlərimiz və prinsiplərimiz” adlandırdığınız anlayışlara inamını bərpa etmiş olacaqsınız”, - QHT nümayəndələri Fransa liderinə müraciətində bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam