Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“Bayraktar”lar Xankəndi səmasında -Brüssel görüşündən cəmi 2 gün sonra...

 

İrəvan saatını “Bakı vaxtı”na qurmaq zorundadır; erməni xalqını sülhə hazırlamaq zamanı artıq çatıb; “şeytan yuvası”nda isə Azərbaycana qarşı yeni təxribat hazırlanır - Rusiya önləyəcəkmi?

Yenixeber.org: Dünən Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri - Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan növbəti dəfə bir araya gəldilər. Bu, yetərincə kritik xarakterli görüş sayılırdı. Çünki əksər siyasi təhlilçilərə görə, masa üzərinə rəsmi Bakı tərəfindən ilk dəfə bütün ciddiliyi ilə sülh müqaviləsi məsələsi yatırılmalı idi.

Hər halda, Azərbaycanın sonsuzadək gözləmək lüksü yoxdur. Bunu ötən həftəsonu Prezident köməkçisi Hikmət Hacıyev Şuşada bir daha, net şəkildə bəyan eləyib. H.Hacıyev ümid ifadə eləmişdi ki, 31 avqust görüşündə, heç olmasa, tərəflər arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq.

Prezident köməkçisi ardınca əlavə eləmişdi ki, Bakının İrəvana sülh təşəbbüsü masa üzərində əbədi qalmayacaq. Bu da ən əvvəl o anlama gəlir ki, Ermənistanı sülhə məcbur eləmək üçün bizim əlimizdə başqa rıçaqlar və ciddi təsir vasitələri, o cümlədən güc elementi var. Odur ki, yaxşı olar, Ermənistan kiməsə arxayın olub “rezini” uzatmağa çalışmasın. İrəvanın sülhdən imtina üçün şansı, sadəcə, qalmayıb....

*****

Yazı hazırlanarkən dünənki görüşün təfərrüatları hələ açıqlanmamışdı. Amma nəticədən asılı olmayaraq bir şey gün kimi aydın idi: İrəvan gec-tez saatını Bakı vaxtına qurmalı olacaq. Düzdür, Azərbaycan və Ermənistanın yerləşdiyi saat qurşaqları eynidir. Ancaq burada söhbət əlbəttə ki, sırf coğrafiyadan getmir. Geosiyasi faktordan, Azərbaycanın bölgədəki vazkeçilməz dominant rolu ilə, yeri və statusu ilə barışmaqdan, nəhayət, beynəlxalq hüquqla hesablaşmaqdan gedir.

İrəvan kiməsə arxayın olsa belə, uzun müddət mövcud reallıqlara dirəniş göstərə bilməz, üstəlik, o səbəbə ki, rəsmi Bakının tələblərində beynəlxalq hüquqa, BMT və ATƏT nizamnamələrinə, Helsinki Yekun Aktına, Cenevrə konvensiyalarına zidd heç nə yoxdur. Yeri gəlmişkən, bu gerçəklik Ermənistanın havadarlarına da Azərbaycanın öz haqlı tələblərindən geri durmayacağı barədə aydın siqnalıdır və onların əl-qolunu başqa yandan bağlayır.

Bu və digər səbəblərdən bir sıra analitiklər Azərbaycanın Qarabağla bağlı yerdə qalan hədəflərinə hətta bir güllə belə atmadan, səbirlə çatacağını da mümkün sayırlar.

“Yaxın dönəmlərdə Xankəndi məsələsi öz həllini tapacaq”.

Uzeyir Ceferov ordudan ehtiyata buraxildi

Üzeyir Cəfərov

Bunu “TV Müsavat”ın efirində polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ü.Cəfərovun sözlərinə görə, Azərbaycan Ermənistanı məcbur etsə, sülh müqaviləsi yaxın zamanda imzalanacaq. “Avropa Birliyinin rəhbərliyi ilə Azərbaycan sona qədər getsə, biz bu məsələni axıra çatdıracağıq. Bunu uzatmağın anlamı yoxdur. Artıq problem tam həllini tapmalıdır. Çünki getdikcə xalq da, ordu da bezir”, - deyə hərbi ekspert vurğulayıb.

*****

Məsələ də elə ondadır və artıq əcnəbi təhlilçilər də təsdiqləyir ki, Azərbaycanın, onun ordusunun səbri tükənmək üzrədir. Bizim səbrimizlə oynamağın nəyə gətirdiyini isə gərək ki, hamıdan yaxşı erməni tərəfi bilsin. Ona görə də məhz Ermənistan rəhbərliyi, onun siyasi elitası öz xalqını nə qədər gec deyil, sülhə hazırlamalıdır, nəinki cəmiyyəti köhnə və cəfəng ideyalarla, boş və absurd vədlərlə “yemləməyə” davam eləməlidir. Əfsus ki, biz Ermənistandan yenə sülh tərəfdarlarından daha çox, radikal-revanşist avantüristlərin səsini eşitməkdəyik.

Xankəndidə xain hazırlıqlar- rəsmi Bakı nə etməlidir?

Yeri gəlmişkən, sabah - sentyabrın 2-də, Brüssel görüşündən cəmi iki gün sonra onların bir qrupu təzə açılan yolla “şeytan yuvası” Xankəndinə keçməyi və orada saxta qurumun uydurma “müstəqillik günü” tədbirinə qatılmağı hədəfləyib. İlkin məlumatlara görə, Nikol Paşinyan hakimiyyətini hər hansı səviyyədə təmsil edəcək heç kim, o cümlədən  iqtidar deputatlarından kimsə 2 sentyabr “tədbiri”nə qatılmayacaq. Ancaq radikal müxalifətçi deputatlardan, daşnaklardan bir qrupun Xankəndinə gedəcəyi gözlənilir. Bu haqda anons da veriblər. 

Bu, sözsüz ki, Azərbaycan dövlətinə qarşı növbəti təxribat planıdır. Çox vacibdir ki, Rusiya hərbi kontingenti hazırkı həssas məqamda belə bir provokasiyanın qarşısını qətiyyətlə alsın, təxribatçı-şarlatanları Qarabağımıza buraxmasın. Bunu ən əvvəl Putinin də imzası duran 22 fevral Moskva bəyannaməsi tələb edir.

Yox, Rusiya bunu təmin eləməsə, demək, öz prezidentinin imzasını saymır. Yaxud rəsmi Kreml altdan-altdan erməni separatizminə “nəfəs” vermək niyyətindən əl çəkməyib. O zaman gərək heç kim Qarabağ səmasında, Xankəndi üzərində yenidən “Bayraktar”ların görünməsinə təəccüblənməsin.

Məntiqə Rusiyanın özü V.Putinin imzası olan sənədləri, öhdəlikləri görməzlikdən gəlirsə, onda niyə Azərbaycan tutaq ki, 10 noyabr üçtərəfli sazişinə birtərəfli sədaqət nümayiş etdirməlidir? Hansısa dəhlizin ərazimizdə “su yolu”na çevrilməsinə, bu yolla Ermənistandan silah-sursat daşınmasına göz yummalıdır? Biz ermənilər üçün bu dəhlizin əbədi olacağına vəd-zad verməmişik! Revanşist-radikal ünsürlərin, daşnak elementlərin yenə rahatca Qarabağa keçib orada meydan sulaması üçün heç verməmişik!

Yəni yeri gəlsə, Azərbaycan məcburiyyət qarşısında, Qarabağla bağlı yerdə qalan suveren hüquqlarını bərpa eləmək naminə 10 noyabr sənədindən çıxa da bilər. Bu, Quran ayəsi deyil ki. Ancaq sonra nə olacaq, onu İrəvanda da, Moskvada da, lap elə Brüsseldə də hesablamalıdırlar...“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam