Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xankəndidəki separatçılar qorxu içində:Bakı NƏZARƏTİ bərpa edir

 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Qarabağın statusu müəyyən edilmədən Azərbaycanla sülh sazişi imzalamaq istisna deyil” bəyanatı Xankəndidə qalan separatçı-terrorçuların qalıqlarını qorxuya salıb. Onlar hesab edirlər ki, İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırlaşır.
Yenixeber.org: Separatçıların qondarma “parlamentinin” “deputatı” Matexe Akopyan Ermənistan hakimiyyətinin əsl məsələni gizlətdiyini deyib.

Onun sözlərinə görə, Qarabağa toxunmadan sülh sazişinin imzalanması mümkün deyil: “Çünki sülh gündəliyinin əsasını delimitasiya və demarkasiya təşkil edir və bu, Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir. Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi tanıyacaqlar. Ermənistan özü belə “arsax”ı “dövlət” kimi tanımayıb”.
Qondarma “deputat” Xankəndidə qeyri-müəyyənliyin davam etdiyini qeyd edib. Əlavə edib ki, proses Bakının bu ərazilər üzərində nəzarəti bərpa etməsinə doğru gedir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam