Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Belə biri bizim partiyada işləyə bilməz"

 

“Qabilyyətli və təmiz bir gənc olduguna görə onu bu işə dəvət etdim. Ona dövlətçiliyimizlə, Azərbaycanla baglı fikirlərimi də bildirmişdim”.

 

"Xeberinfo.com":   Məlumata görə, bu sözləri Axar.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı partiyanın mətbuat katibi Ayşən Ayxanı vəzifəsindən azad etməsi səbəbi ilə bağlı sosial şəbəkədə yayılan məlumata aydınlıq gətirərkən deyib. Millət vəkili bildirib ki, yazılanlar dogrudur:
 
“Feysbuk profilinə Almaniyanın hansısa bir abidəsi və üstündə də bu ölkənin bayrağını qoymusdu. Bu səbəblə də ona zəng vurub dedim ki, sənə Azərbaycanın bayrağı müqəddəsdir, yoxsa Almaniyanın? Soruşdu ki, nə mənada; dedim, bütün mənalarda: niyə Almaniyanın bayrağını qoymusan? Bu sualıma belə cavab verdi: “Almaniya mənim ölkəmdir”.
 
F.Ağamalı bildirib ki, bu cavabı aldıqdan sonra siyasi fəaliyyətin artıq bu insanın təfəkkürünə uyğun gəlmədiyi barədə qərar verib:
 
“Bu cavabdan sonra qərara gəldim ki, siyasət artıq onluq deyil. Çünki belə bir şey normal qəbul edilə bilməz və o, bu səbəblə də işdən azad olunub. Onun hüquqları da pozulmayıb, maaşı da verilib. Bizim partiyanın söykəndiyi təməl prinsipləri var və təbii ki, belə biri bizim partiyada işləyə bilməz. Azərbaycanın bayrağını uca tutan və dövlətçiliyimizə xidmət göstərən hər bir insan mənim üçün əzizdir. Hər zaman da yanımda belələrinin çalışmasını istəyirəm. Bu bayrağı yüksəltmək üçün minlərlə səhid qanı axıb, o şəhidlərin içində bir alman varmı? Almaniyanı öz ölkəsi bilirsə, bu, artıq onun seçimidir. Mənim də seçimim odur ki, bu düsüncədə biri Ana Vətən partiyasında işləyə bilməz. Əks təqdirdə onun işdə saxlanılması söykəndiyimiz dəyər və prinsiplərə xəyanət olardı”.
 
Xatırladaq ki, bu gün AVP-nın mətbuat katibi Ayşən Ayxan işdən azad olunub. O, işdən azad olunmasına səbə kimi Feysbuk profilində Almaniyanın bayrağını yerləşdirməsini göstərib və təcili iş axtardığını deyib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam