Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

VASİF TALIBOV VİTSE-PREZİDENT TƏYİN OLUNACAQ!

Fezail

“Referendum Azərbaycanda konstitusiya quruluşunun möhkəmlənməsinə, ölkəmizdə demokratik prosesin inkişafına və idarəçilik sisteminin təkmilləşməsinə xidmət edən bir dəyişiklikdir. Bu dəyişikliklər cəmiyyətdə gedən dinamik proseslərin məntiqinə söykənir”.

Xeberinfo.com:   Bu sözləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı “Qafqazinfo”ya müsahibəsində deyib. Onun fikrincə, dəyişikliklər içərisində ən diqqət şəkən məqamlardan biri də, vitse-prezidentlik institutunun yaradılmasıdır: “Bu, Azərbaycanda idarəçilik sisteminin daha da təkmilləşdirilməsi, sadələşdirilməsi və birbaşa ölkə prezidentinin idarəçilik sistemində öz üzərinə düşən səlahiyyətlərin müəyyən hissəsinin şaxələndirilməsi, ölkənin idarə olunmasına yeni bir töhfə verən dəyişiklikdir”.

F.Ağamalı vitse-prezidentlərin birinin Vasif Talıbov olacağını ehtimal edir: “Vitse-prezidentlərin içərisində vacib bir məqam diqqətimi cəlb etdi. Bu gün Naxçıvan Muxtar Respublikasının rəhbəri uzun illərdən bəri oranı çox böyük uğurla idarə edən Vasif Talıbovdur. O, Ali Məclisin sədridir. Konstitusiyaya görə də Milli Məclis, Naxçıvan Ali Məclisi hakimiyyətin ikinci qoludur. Onun birbaşa prezidentlə idarəçilik sisteminə bağlılığı yoxdur. Ola bilsin ki, bu bağlılığı təmin etmək üçün Naxçıvan Muxtar Respublikasının rəhbəri Azərbaycan prezidentinin vitse-prezidenti kimi təsbit olunsun və beləliklə, qeyd etdiyimiz boşluq aradan götürülsün”.

Talibov

O, yeni dəyişiklikdən sonra prezidentin Milli Məclisi buraxa bilmək səlahiyyətlərini əldə etməsi məsələsinə də münasibət bildirib: “Dəyişikliyə görə, prezident tərəfindən təqdimatı verilən Baş nazir, Mərkəzi bankın sədri və məhkəmə hakimləri 2 dəfə Milli Məclis tərəfindən təsdiq olunmursa, bu artıq qanunverici orqanlar və prezident arasında uçurum, ziddiyyət yaradır. Bu zaman iki seçim var: ya təkrar prezident seçkiləri keçirilməlidir, ya da Milli Məclis buraxılmalıdır. Azərbaycan prezidentli respublika olduğuna görə, 1-ci seçim istisna olunur. Bununla da, doğru olaraq prezidentə səlahiyyət verilir ki, belə hallarda parlamenti buraxsın. Gələcəkdə ehtimal olunan bu problemin aradan qaldırılmasının yeganə yolu budur. Dəyişikliklərdə başqa bir məsələ də diqqəti cəlb edir. İntizam qaydalarını kobud şəkildə pozan deputatın mandatının əlindən alınması da nəzərdə tutulub. Bu dəyişikliyi də vacib hesab edirəm Millət vəkili bütün mənalarda nümunə olmalıdır”. (aznews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam