Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Baş vermiş faciəni sırf korrupsiya ilə əlaqələndirmək hələ çox tezdir”

 

 

“Ölkədə korrupsiyaya qarşı mübarizə aparılır”

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 15 insanın ölümü və 60 insanın yaralanması ilə nəticələnən yanğın faciəsinin ölkədə tüğyan edən korrupsiya ilə nə qədər əlaqəli olmasını dəyərləndirərkən bildirib.

Fəzail  Ağamalı faciə ilə bağlı qanunvericilik aktlarının gücləndirilməsini və icrasında  ciddi addımların atılmasının  zəruri olduğunu bildirib:

“İdərəetmədə həmişə təkmilləşdirmə gedir və islahatlar aparılır. Ona görə də demək olmaz ki, ölkədə islahatlar getmir. Əslində islahatlar gedir. Düşünürəm ki,  baş vermiş faciənin icra orqanlarındakı problemlərlə hər hansısa bağlılığı var. Sadəcə olaraq bütün sahələrdə olduğu kimi icra orqanlarında çalışanların məsuliyyəti  artırılmalıdır. Ola bilsin ki, bununla bağlı qanunvericilik aktlarında və icrasında ciddi addımlar atılsın. 

Qaldı ki, bu faciənin sırf korrupsiya ilə bağlı olmasına, ölkədə korrupsiyaya və məmur özbaşınalığına qarşı həmişə mübarizə gedir. Uzun illərdir ki, ölkə prezidentinin yürütdüyü siysi, iqtisadi və sosial xəttin içərisində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə xüsusi əhəmiyyətli yer tutur və bu proses bundan sonrada davam edəcək. 

Xüsusi olaraq Beynəlxalq Bankda baş vermiş xoşagəlməz hadisələr də bu istiqamətdə daha kəskin və mühüm addımların atılması zərurətini yaradır. Hazırda istər Beynəlxalq Bankla bağlı, istərsə də yanğın faciəsi ilə bağlı istintaq gedir. Biz istintaqın gedişini və  nəticələrini gözləməliyik. Əminəm ki, istintaqın  nəticələrindən sonra bütün həqiqətlər ortaya çıxacaq. Bundan sonra həmin məsələlərlə bağlı daha məsuliyyətli fikir mübadiləsi aparmaq olar”. 

 

Pia.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam