“Minsk-3” planı: Qərb Ukraynanın təslim olmasını İSTƏYİR
ABŞ prezidenti Co Bayden ötən günlərdə çıxışı zamanı Ukrayna Prezidenti Volodimir Zelenskini ittiham edərək, onun səriştəsiz davrandığını bildirib. Baydenin sözlərinə görə, Zelenski müharibə ilə bağlı xəbərdarlığı eşitmək istəməyib.
Yenixeber.org: "Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın yaxınlaşan genişmiqyaslı işğalı ilə bağlı xəbərdarlıqları eşitmək istəmədi. Halbuki, biz əmin idik ki, Rusiya Prezidenti Vladimir Putinin sərhədi keçəcəyinə şübhə yox idi. Bilirəm ki, bir çox insanlar mənim məsələni şişirtdiyimi düşünürlər. Şübhə yox idi. Zelenski isə bunu eşitmək istəmirdi", - ABŞ prezidenti siyasi gündəmi dəyişən fikirlər səsləndirib.
Baydenin iradlarına münasibət bildirən Ukrayna prezidentinin sözçüsü Sergey Nikiforov vurğulayıb ki, ABŞ və Ukrayna liderləri üç-dörd dəfə telefon əlaqəsi saxlayaraq, fikir mübadiləsi aparıb, mövcud vəziyyəti qiymətləndiriblər.
"Ona görə də, "eşitmək istəməyib" ifadəsinə aydınlıq gətirilməlidir. Bundan əlavə, xatırlayırsınızsa, Ukrayna Prezidenti Rusiyanı qoşunlarını çıxarmağa və gərginliyi azaltmağa təşviq etmək üçün tərəfdaşları qabaqlayıcı sanksiyalar paketi tətbiq etməyə çağırıb. Burada artıq deyə bilərik ki, tərəfdaşlarımız bizi eşitmək istəməyiblər”, - Sergey Nikiforov bildirib.
Ukraynanın Kiyev vilayəti üzrə ərazi müdafiə briqadasının zabiti, keçmiş ictimai xadim, hazırda döyüşdə iştirak edən Dmitro Kulibaba bildirib ki, Qərb Ukraynanın anlaşmaya getməsini istəyir. Onun fikrincə, Baydenin Zelenski haqda fikirləri məhz bundan xəbər verir.
“Biz hazırda plan əsasında müharibəni davam etdirir, rusları məhv edirik. Amma Qərbin bizə qarşı fikirləri dəyişib. Qərb Ukraynanın “Minsk-3” razılaşmasına getməyini istəyir. Bilirsiniz ki, onlar həmişə kollektiv şəkildə öz təhlükəsizlik məsələlərini bizim hesabımıza həll etməyə hazırdırlar. Xoşbəxtlikdən hələ də dayanmağa yox, müqavimət göstərməyə gücümüz var.
Hər həftə rusların burada neçə generalı həyatını itirir. Biz Avropa Şurasının qərarlarını gözləyirik. Əsaslı cavabı Baydenə Prezident ofisi verib. Biz isə sadəcə müharibənin taleyinə təsir edəcək Qərbin qərarlarını gözləyirik”, - deyə Dmitro Kulibaba Qərbin Kiyevlə bağlı siyasətini tənqid edib.(modern)