Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Bakının 5 şərtinə qarşı İrəvanın “6-cı şərti” -Ermənistan yenə “atı daşlığa sürür”

Azərbaycan bir daha öz dövlətçiliyinin altına gec partlayan mina qoyulmasına imkan verməyəcək; sülh prosesinin yerində saymasının səbəbi...

Yenixeber.org: Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçlü görüşdən bir ay ötdü. Görüşə əldə olunan ən mühüm nəticə sərhədlərin delimitasiyası və sülh müqaviləsi ilə bağlı aprelin sonunadək ortaq işçi komissiyalarının yaradılması barədə idi. Ancaq ay başa çatsa da, bu qurumlar hələ də formalaşmayıb. Hərçənd, Azərbaycan tərəfdən komissiyanın milli tərkibi artıq müəyyənləşib.

Qeyd edək ki, prosesi davamlı eləmək və irəli aparmaq üçün mayın 2-də isə Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar aparılıb. Bu danışıqların nəticəsi kimi Azərbaycan və Ermənistan rəhbərlərinin təzədən Brüsseldə bir araya gələ biləcəyi haqda məlumat da yayılmışdı. Həmçinin iki ölkə XİN rəhbərləri arasında iki dəfə telefon danışığı olub.    

     Hikmət Hacıyev Ermənistanın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb -  FOTO

Bu arada Ermənistan Təhlükəsizlik Şurasının katibi bəzi ikibaşlı açıqlamalar verib. O, Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması məsələsinin intensiv müzakirə edildiyini, lakin “Ermənistanın həll etməli olduğu bəzi məsələlərin olduğunu” söyləyib.

“Biz bu suallara cavab tapan kimi strukturun formalaşması üçün görüşlər başlayacaq. Habelə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün mümkünlüyü də müzakirə olunur”, - deyə Qriqoryan vurğulayıb.

*****

Bəs “Ermənistanın həll etməli olduğu bəzi məsələlər” deyəndə nələr nəzərdə tutulur, yoxsa İrəvan yenə vaxtı uzatmaq, “atı daşlığa sürmək” istəyir? 

Suala cavabı Ermənistan Təhlükəsizlik Şurasının katibinin başqa bir açıqlamasında tapmaq mümkündür. Belə ki, Qriqoryanın sözlərinə görə, Azərbaycanla sülh müqaviləsi Qarabağ probleminin də həlli deməkdir. Onun fikrincə, “Ermənistan belə bir həlli Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsində” görür.

“Bunun əsasında Qarabağın statusunu qəbul etmək lazımdır və yenə də bunun əsasında təhlükəsizlik təminatları olmalıdır. İnstitusional təminatların nə olacağını bilmirik. Əgər bir qərara gəlsək və görsək ki, ermənilərin təhlükəsizliyi və hüquqları təmin edilir, razılaşarıq”, - Qriqoryan bildirib.

Ermənistan məsuliyyətsizlik göstərir"

O əlavə edib ki, Azərbaycanın məlum 5 bəndinə cavab olaraq, Ermənistanın 6 bəndlik (5+1) təklifi irəli sürülüb: “Bu iki paketi birləşdirib müzakirələrə başlamaq lazımdır. Bu məsələdə həm Azərbaycan, həm də digər beynəlxalq tərəfdaşlar tərəfindən anlaşma var. Azərbaycanın bəndlərində Ermənistan üçün qəbuledilməz heç nə yox idi. Ermənistan hərtərəfli sülh müqaviləsinin olması üçün Qarabağ məsələsinin də həll edilməli olduğunu bildirib. Mən açıq şəkildə Bakının təkliflərimizi rədd etdiyini görməmişəm”.

*****

Göründüyü kimi, rəsmi İrəvan Azərbaycanla sülh müqaviləsini yenə “artsax şərti”nə, “status məsələsi”nə aparıb bağlamağa çalışır, “həll olunmayan Qarabağ problemindən” danışır. İstisna deyil ki, Ermənistanda mövcud hakimiyyətə qarşı radikal müxalifətin artan təzyiqləri bu xüsusda Paşinyan hökumətini bir az da ehtiyatlı davranmağa vadar edir.

Təsadüfi deyil ki, 6 aprel Brüssel görüşündən qayıdan kimi “Azərbaycanla sülh müqaviləsini tezləşdirmək lazımdır”, “beynəlxalq birlik bizdən Qarabağa statusla bağlı blankı endirməyi tələb edir” deyən baş nazir N. Paşinyan az sonra valı dəyişdi və hətta Azərbaycanla sülh müqaviləsində “artsax ermənilərinin” də mövqeyinin ciddiyə alınacağını söylədi.

Bu elə Bakının 5 bəndlik sülh təklifini iqnor eləmək anlamına gəlir. Yoxsa 5 bəndə qarşı hansısa “6-cı bənddən” danışılmazdı. Heç bir 6-cı bənd olmayacaq! Əks halda müharibə 45-ci günə keçə bilər. Bunun isə Ermənistan üçün daha ağır nəticəsi olacaq.

Bir şeyi əminliklə söyləmək olar ki, Azərbaycan 1923-cü ildə olduğu kimi, bir daha öz dövlətçiliyinun altına “erməni muxtariyyəti” adlı gec partlayan mina qoyulmasına imkan verməyəcək...

*****

Elçin Mirzəbəyli — Vikipediya

Sözsüz ki, İrəvanın ikili oyunlarında Rusiya amilinin də təsiri var. Politoloq Elçin Mirzəbəylinin fikrincə, Nikol Paşinyanın zəif xarakterli siyasətçi olduğu Rusiyanın siyasi texnoloqlarına bəllidir və onu Brüsselin vasitəçiliyi ilə həyata keçirilməsi nəzərdə tutulan sülh müqaviləsinin imzalanması üzrə danışıqlardan yayındırmağa çalışırlar.

“Onsuz da Nikol Paşinyanın mövqeyində dəyişikliklər nəzərə çarpmaqdadır. Paşinyan Brüsseldəki görüşdən sonra başqa açıqlamalar verdi, Moskva görüşündən sonra isə tamam əks istiqamətdə fikirlər səsləndirdi. Amma Brüsseldən olan telefon zənglərindən sonra yenidən mövqelərində müəyyən qədər də olsa, dəyişiklik əmələ gəldi”, - deyə o qeyd edib.

Politoloqa görə, yəni Nikol Paşinyan situasiyaya uyğun oynamağa çalışır: “Qərbdən təzyiq gəlirsə, bu təzyiqləri azaltmaq üçün manevrlər edir, Rusiyadan təzyiq olursa, bunu azaltmaq üçün addımlar atır. Nəticədə prosesdə dəyişikliyin şahidi olmuruq”.

Ancaq Ermənistan rəhbərliyinin tərəflər arasında “yellənməsi” sonsuzadək sürə bilməz. Çünki şifahi və yazılı öhdəlikləri enində-sonunda yerinə yetirmək lazım gələcək... “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam