Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azadlıq” qəzeti Əli Kərimlidən alınır?

 

“Əli Kərimliyə qarşı mübarizədə “Azadlıq” qəzetini də öz tərəfimizə çəkməyə çalışacağıq”

 

"Xeberinfo.com":   Məlumata görə, bu fikirləri Azvision.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsinin rəhbəri Razi Nurullayev deyib. O, bildirib ki, bununla bağlı “Azadlıq” qəzetinə müraciət ünvanlayacağıq:
“Biz istəyirik ki, “Azadlıq” qəzeti də ayılsın. Qoy onlar da bilsinlər ki, Əli Kərimliyə yox, xalqa xidmət etmək lazımdır. Ona görə, bu qəzet müstəqil olmalıdır. Bu qəzet Əli Kərimlinin əsarətindən çıxsa, yaxşı olar. Ancaq, qərar onlarındır”. 
R. Nurullayev deyib ki, yaxın vaxtlarda yeni AXCP-nin rəsmi qəzeti nəşrə başlayacaq: 
“Biz yaxın günlərdə “Cümhuriyyət” qəzetini buraxmağa başlayacağıq. Bu qəzet bizim rəsmi orqanımız olacaq. Qəzetin baş redaktoru Rəfail Becanov olacaq. Qeyd edim ki, qəzetin internet səhifəsi də olacaq. Eyni zamanda AXCP-nin yeni formatda internet səhifəsini də yaradacağıq”. 
Qeyd edək ki, bu gün keçirilən mətbuat konfransında AXCP sədrinin sabiq müavini Razi Nurullayev yeni AXCP yaratdığını bəyan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam