Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Rusiyanın Avropadakı casus şəbəkəsinə böyük zərbə -“Qovulan rus diplomatların sayı 400-ə çatıb”

Rusiyanın Ukraynaya hücumu təkcə onun ordusunu və iqtisadiyyatını yox, həm də Avropadakı agentura şəbəkəsini də məhv edib. Uzun illər Rusiya casuslarının mərkəzi olan Avstriya dünən rus diplomatların ölkədən çıxarıldığını açıqlayıb.

Yenixeber.org: Bununla da müharibə başlayan gündən Amerika və Avropadan qovulan rus diplomatların sayı 400-ə çatıb. Rus diplomatların kütləvi deportasiyası, Putinin Avropadakı kəşfiyyat dairələrinin fəaliyyətinə böyük təsir göstərəcək.

Bu mövzuda Britaniyanın “The Economist” nəşrində dərc olunan materialların bir qismini oxuculara təqdim edirik: “Amerika və Bolqarıstan müharibənin ilk həftəsində onlarla rus diplomatını ölkədən çıxardı. Martın ortalarında Slovakiya, Polşa və Baltikyanı ölkələr, ardınca da Fransa və Almaniya rus diplomatları öz ölkələrinə geri yolladı. Onların hamısı kəşfiyyatçı olmasa da, əksəriyyəti casus hesab olunurdu.

Ukrayna böhranı fonunda baş verən kütləvi deportasiyalar, tarixin ən böyük diplomat köçü kimi yadda qaldı. Bu, 2018-ci ildə keçmiş rus kəşfiyyatçısı Sergey Skripalanın Rusiya tərəfindən sui-qəsdə məruz qalmasına cavab olaraq, 28 Qərb ölkəsinin 153 rus diplomatını ölkədən çıxarmasından iki dəfə çoxdur.

Diplomatların Avropadan qovulmasına əsas səbəb, Rusiyanın Ukraynaya hərbi təcavüzü oldu. Digər bir səbəb isə rus kəşfiyyatının Avropada törədə biləcəyi təxribatların qarşısını almaq idi.

Bəzi Avropa ölkələrində rus agenturasının təsiri o qədər artmışdı ki, yerli təhlükəsizlik xidmətləri ölkədəki casusları izləməkdə böyük çətinliklər çəkirdi. Diplomatlar qovulmamışdan əvvəl, Avropadakı Rusiya səfirlik və konsulluqlarında 1000-ə yaxın rus casusun olduğu təxmin edilirdi.

Yaxın tarixdə rus kəşfiyyatçıları Avropada saysız-hesabsız təxribatlara əl atıblar.

Sonuncu dəfə rus casusları 2021-ci ildə Çexiyada silah anbarını partlatmaqda ittiham olunublar. Buna görə Rusiyanın 81 diplomatı bu ölkədən qovulub. Bu hadisədən sonra Qərb səfirliklərindəki Rusiyanın rezidenturalarında NATO tərəfindən yoxlamalar aparıldı. Yoxlamalar nəticəsində məlum oldu ki, Rusiyanın Avropadakı səfirliklərində onlarla FSB agenti və SVR casusu fəaliyyət göstərir.

Keçən ilin oktyabrında NATO casusluqda ittiham olunan səkkiz rus diplomatının Brüsseldəki missiyasına xitam verdi və Rusiyanın mərkəzi ofisini bağladı.

Bu casular Kreml tərəfindən qeyri-rəsmi formada səfirlik və konsulluqlara yerləşdirilirlər. Daha sonra yerli səfirliklərin də koməyi ilə, saxta sənədlərlə Avropanın müxtəlif ölkələrinə turist olaraq səfər edirlər. Moskvadan əmr gəldikdə isə Avropada casusluq missiyalarına başlayaraq, təxribatlara əl atırlar. Hazırkı vəziyyətdə rus agentura şəbəkəsinin məhv edilməsi doğru yanaşma olsa da, Rusiya da buna cavab olaraq Qərb diplomatlarını öz ölkəsindən çıxarır. Bu da Qərbin Rusiyadakı fəaliyyətinin zəifləməsinə və kəşfiyyat dairələrinin gücünün azalmasına səbəb olur”.“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam