Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kuleba Çavuşoğlu ilə Lavrovla danışıqlarını müzakirə edəcək

Kuleba Çavuşoğlu ilə Lavrovla danışıqlarını müzakirə edəcək  
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba cümə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqların sonrakı taktikasını müzakirə etməyi planlaşdırdığını bildirib.
Yenixeber.org: Bu barədə Ukrinform agentliyi məlumat yayıb. “Onunla (Çavuşoğlu - Red) birlikdə prosesin sonrakı məntiqini quracağıq. Mən həmişə təsdiq etmişəm ki, mən Rusiya xarici işlər nazirləri səviyyəsində danışıqlara hazıram, bir şərtlə ki, cənab Lavrov məsələlərin əsaslı müzakirəsinə və konkret problemlərin həllinə hazır olsun”,-deyə nazir bildirib.

Qeyd edək ki, M. Çavuşoğlu Moskvada Lavrovla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib ki, Ukraynada axan qana son qoyulmalıdır. Türkiyəli nazir qeyd edib ki, Ankara Ukraynadakı vəziyyətin diplomatik yolla nizamlanmasına inanmaqda davam edir. Onun sözlərinə görə, Türkiyə Belarusda Rusiya-Ukrayna danışıqlarını dəstəkləyir və onların nəticə verməsini istəyir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam