Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Rusiya qondarma "respublikaları" tanımağa hazırlaşır -Fevralın 14-də nə baş verəcək?

Rusiya Dövlət Dumasının Şurası bazar ertəsi, fevralın 14-də Ukraynanın Donbass regionunda qurulmuş iki qondarma “respublikanın” (“Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”) tanınmasına dair daha əvvəl təqdim edilmiş qətnamə layihəsinin müzakirəyə çıxarılması məsələsinə baxacaq. Bu haqda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün "Teleqram" kanalında bildirib.

Yenixeber.org: Onun bildirdiyinə görə, deputatlar həmin “respublikaların” statusuna dair müvafiq sənədin şərh verilməsi üçün Xarici İşlər Nazirliyinə göndərilməsini həll etməyi planlaşdırırlar.

“Məsələ çox ciddidir və məsuliyyətlidir. Söhbət bizim “DNR” və LNR” ərazisində yaşayan vətəndaşlarımızın və həmvətənlərimizin müdafiəsindən gedir”, – Volodin yazıb. 

Onun sözlərinə görə, fevralın 12-də Minsk razılaşmasının imzalanmasının 7 ili tamam olacaq. (Həmin razılaşma Donetsk və Luqansk vilayətlərinə “xüsusi status” verilməsini də nəzərdə tutur,-red.). Volodin həmin “respublikalara” dair hazırda iki təklif olduğunu deyib.

Birinci varianta əsasən həmin “respublikaların” dərhal tanınmasına dair prezident Putinə müraciət edilməsinə dair qətnamə layihəsinin müzakirəsi nəzərdə tutulur. Digər variant isə “respublikaların” tanınmasına dair layihənin şərh almaq üçün XİN-ə və digər dövlət strukturlarına göndərilməsini nəzərdə tutur. 

"Biz bu məsələni fevralın 14-də Duma Şurasının iclasında müzakirə etməyi planlaşdırırıq”, – Volodin bildirib.

Xatırladaq ki, qondarma “respublikaların” tanınmasına dair qətnamə layihəsi Dövlət Dumasına Ukrayna ətrafında gərginliyin artması fonunda təqdim edilib.

Bir çox ekspertlər istisna etmirlər ki, Rusiya Ukraynaya qarşı hazırladığı ehtimal edilən müharibə planını həyata keçirə bilməsə, “DXR” və “LXR”-i tanımaq və sonra hətta öz tərkibinə qatmaq yolunu seçə bilər. Ekspertlər Moskvanın bununla kifayətlənmədiyi, Abxaziya və Cənubi Osetiya, eləcə də Dnestryanı bölgəni də tərkibinə qatmaq planı üzərində çalışdığını bildirilər.

Digər mənbələr isə Kremlin qondarma respublikaları tanımaqla Kiyevi qıcıqlandırmaq, düşünülməmiş addım atmasına səbəb olmaq, bununla da müharibəyə və Ukraynaya müdaxilə əsas əldə etmək niyyəti güddüyünü iddia edirlər. (pressklub.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam