Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Putinin imperiya yaratmaq planı tam süquta uğradı"-"Erməni xalqının əksər hissəsi Paşinyanın tərəfindədir"

 

“Qazaxıstanda Putinin burnundan vurub ordusunun çıxarılması bizim üçün çox önəmli xəbərdir. Rusiya üçün dünyada aparılan 2 siyasət Putinin hansı səviyyədə nadan siyasətçi olduğunu göstərir. Bir aydan çoxdur, Putin 100 mindən çox qoşunu, 3 minə yaxın tankı və başqa hərbi texnikasını Mariopoldan tutmuş Xarkova qədər Ukraynanın sərhəddində yerləşdirib və müharibə ilə hədələyir. NATO -ya, ABŞ və Avropa İttifaqına “Əgər Ukrayna və Gürcüstanı NATO-ya qəbul etsəniz, biz Ukraynaya girəciyik” ultimatumuna qərb lazımsız kağız parçası kimi yanaşdı. Birincisi ABŞ-ın Dövlət katibinin müavini Rusiyanın nümayəndəsi ilə görüşdə “Siz bizim qarşımızda heç bir şərt qoya bilməzsiniz, Ukraynaya qarşı müharibəyə başlasanız, sizin başınıza indiyə qədər rast gəlmədiyiniz oyun açarıq” bildirildi. Bundan sonra NATO ölkələri Rusiya ilə görüşdü və “Biz Ukrayna və Gürcüstanı da və ondan başqa kim bizə müraciət etsə, üzvülüyə qəbul edəcəyik, ultimatumunuzu özünüzlə götürə bilərsiniz” mesajı verildi. Ən əsası Ukrayna hərbçiləri Rus qoşunlarını qarşılamağa və məhv etməyə hazır olduqlarını bəyan etdilər. Müdafiə naziri “Əgər Prezident əmr etsə 2 günə Donbası Rus işğalçılarından azad etməyə hazırıq” dedi. Qazaxstana girib Özbəkistan və Türkmənistan sərhədlərində hərbi bazalar yaradacağına inanan Rusiyanın inamı çox uzun çəkmədi. Xarici investorlar, xüsusilə Rusiyanın dostu-qardaşı olan Çin Tokayevə “Biz rus qoşunu olan ölkəyə heç bir investisiya qoymayacağıq” ultimatumunu verdi və təbii, Prezident Putindən qoşununu çıxarmağı xahiş etdi. Putin 13-19 Yanvar arası Qazaxıstanı tərk edir. Putinin imperiya yaratmaq planı tam süquta uğradı”.

Yenixeber.org: Bunu sabiq spiker Rəsul Quliyev bildirib.

R.Quliyev qeyd edib ki, Azərbaycanın Prezidenti İlham Əliyev yerli telekanallara verdiyi müsahibədə sülhməramlıların fəaliyyətindən, xüsusilə onların buraxdığı ciddi səhvlərdən danışıb: “Əslində bu Rusiyaya göndərilmiş çox ciddi mesaj idi. Ermənilərin Xankəndidə qalmaq istəklərinin olmadığını, imkan tapan kimi oranı tərk etdiklərini hamı bilir. Rusiya zorla onları orada saxlamaq istəyir. Çünki orada erməni qalmasa Rusiyanın orada qalmaq səbəbi puç olur. Paşinyan problemli Ermənistanı əlavə lazımsız Dağlıq Qarabağ problemi ilə yükləmək istəmir. O, həm orda yaşayan ermənilərdən, həm də Rusiyanın ordusundan, o cümlədən ölkəsində olan Rusiyanın hərbi bazasından xilas olmaq, Türkiyə ilə əlaqələri normallaşdırıb Avropaya çıxmaq istəyir. Azərbaycanla əlaqələri bütün sahələrdə bərpa etmək, əgər yaradılarsa, Zaqafqaziya alyansına daxil olaraq Rusiyadan asılılığını sıfıra endirmək istəyir. Ermənistanda Paşinyana qarşı mafioz qüvvələrə Köçəryan və Sarkisyan rəhbərlik edir. Amma erməni xalqının əksər hissəsi Paşinyanın tərəfindədir. Ona görə Azərbaycan nə qədər tez Ermənistanla hər tərəfli müqavilə bağlasa, bu məsələlər daha tez həllini tapacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam