Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

"Qərb Azərbaycanın müstəqil siyasət yürütməsini istəmir"

 

“Avropa Oyunlarının Bakı ilə Qərb arasındakı tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə elə də aidiyyatı yoxdur”

"Xeberinfo.com":   Məlumata görə, bu sözləri Avropa Oyunlarından sonra Bakı ilə Qərb arasında gərilmiş iplərin qopacağı barədə ehtimalları dəyərləndirən deputat Fazil Mustafa söyləyib. Deputatın fikrincə, seçki ərəfəsində Qərblə Azərbaycan arasında münasibətlər daha da gərginləşəcək. 
Qeyd edək ki, Avropa Oyunlarından sonra Bakı ilə Qərb arasında gərilmiş iplər qopacağı barədə fikirlər səsləndirilir. Bu həmdə Qərb liderlərinin Avropa oyunlarına laqeydliyi ilə də əlaqələndirilir. Bəzi ekspertlər hesab edir ki, Qərblə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq münasibətləri tamamilə yoxa çıxa bilər. 
Lakin bəzi ekspertlər də belə düşünürlər ki, bir qayda olaraq, seçkilər öncəsində Qərblə Azərbaycan arasında münasibətlər gərginləşir. Bu dəfəki “gərginliyi” də istisna etmək olmaz və hazırda gərginlik qarşılıqlı şəraitdə imitasiya olunur
Bütün bu məsələlərə münasibət açıqlayan Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa hesab edir ki, Qərblə Azərbaycan arasında mövcud gərginlik daha çox Azərbaycanın müstəqil siyasət yürütmək istəyindən doğan problemlərdir:
“Məncə Avropa Oyunlarının Bakı ilə Qərb arasındakı tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə elə də aidiyyatı yoxdur. Çünki qarşılıqlı münasibətlərdə bir qayda olaraq siyasi və iqtisadi maraqlar önə çəkilir. Avropa Oyunları isə sadəcə idman hadisəsi olduğuna görə gərginliyin səbəbini Avropa liderləriynin bu oyulara olan layqeydiyi ilə əlaqələndirmək doğru olmaz.  Seçkilər ərəfəsində Qərblə Azərbaycan arasında münasibətlər daha da gərgin olacaq. Bu təbiidir. Amma bütün hallarda gərginliyn kökündə Azərbaycanın müstəqil siyasət yürütmək istəyindən doğan problemlər var. Əsas məsələ odur ki, Qərb Azərbaycanın müstəqil siyasət yürütməsini qəbul etmək istəmir və bunu həzm edə bilmir”.
pia.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam