Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanla ABŞ münasibətinə Rusiyanın təsiri

 

Elxan Şahinoğlu: "Qərblə münasibətlər bizim milli təhlükəsizlik maraqlarımız daxilindədir"

Zərdüşt Əlizadə: “ Müxalifət öz acizliyirni kompensasiya etmək üçün uydurular ki, ABŞ-la  Azərbaycan  münasibətləri  artıq  müharibə  həddinə  catıb, gərginlik  var, Qərb Azərbaycana qarşı sanksiya tətbiq edə bilər filan”
"Xeberinfo.com": Məlumata görə,Son günlər  rəsmi  Bakı  ilə  ABŞ arasında hiss olunacaq dərəcədə gərginlik  hiss olunur. Hətta vəziyyət o həddə çatdı ki, Prezident Adminstrasiyasının İctimai Əlaqələr şöbəsinin müdiri Əli Həsənovun ABŞ-a qarşı, “Qırmızı xəttə Azərbaycan deyil, Azərbaycanı ittiham edənlər yaxınlaşır”, fikrini səsləndirdi. Bəs bu gərcinliyin yaranmasında Rusiya faktoru rol alırmı?
PİA.AZ-ın əməkdaşı bu sualla politoloqlar Zərdüşt Əlizadəyə və Elxan Şahinoğluna müraciət edib.
Zərdüşt Əlizadəninin fikrincə ümumiyyətlə ortada belə bir gərginlik yoxdur və bu  “gərginlik” daha çox müxalifətin uydumasıdır:
 “Son günlər  rəsmi  Bakı  ilə  ABŞ arasında hiss olunan gərginlikdə Rusiya faktoru  o qədər  də  rol  oynamır. ABŞ tədqiqatçıları, siyasiləri  bizim  tədqiqatçı  və siyasətçilərdən  fərqli  olaraq   daha gercək  amillərlə  çıxış edirlər. Onlar çox gözəl  bilirlər  ki,  Azərbaycan  iqtisadiyyatı  Qərbə  bağlıdır, amma Azərbaycan siyasi  cəhətdən  Rusiya  ilə  hesablaşmağa  məcburdur. Bu  amillərə  görə  onlar  rəsmi BakınınRusiya ilə əlaqələrində  özlərinə qarşı heç problem görmürlər  və  bunu  gerçək  bir  hadisə  kimi  qəbul  edirlər, Bakının Moskva ilə münasibətlərinə ciddi  reaksiya  da  vermirlər.
Yəni Azərbaycan  öz  maraqları çərçivəsində siyasətini  yürüdür. O tamam  başqa  məsələdir  ki, bir çox hallarda hakimiyyətlə xalqın  mənafeyi üst-üstə  düşmür. Hər  halda qərarı  da  dövləti  idarə  edən  hakimiyyət  verməlidi, onlar  isə  öz siyasi  maraqlarını çox  gözəl  başa  düşürlər və  əslində  öz  maraqların  yaxşı  müdafiə  edirlər.
 Mən  Azərbaycanla  ABŞ  arasında  gərginlik  görmürəm. Gərginliyi  mən  “azadlıq davası”  kimi  şərh  edirəm,  amma indi  bu  gərginliyi  görmürəm. Məsələn, hər  hansısa  bir  Qeyri  Hökümət  Təşkilatının  rəhbəri  deyib  ki, sanksiyalar  veriləcək, mətbuatda bunu yayır. Amma saytlar  hardan  biləcəklər  ki, hansı  sanksiyalar  veriləcək? Bir  tərəfdən  Kuba  Amerikaya  qarşı  sanksiyaları ləğv  etdi, yəni hazırda Vaşinqton özünün sankysia siyasətini səmərələşilir. Azərbaycanla bağlı sanksiyaların ola biləcəyinə inanmıram. Məsələ orasındadır ki, bir çox hallarda vəziyyəti Azərbaycan rəsmiləri dramatikləşdirirlər. Məslən Azərrbaycan hakimiyyəti hesab edir ki, ölkədə hansısa Azərbaycan vətəndaşının və yaxud da QHT sədrinin hüquqları pozulursa, bu  Azərbaycanın  daxili işidir və ABŞ bu məsələrə müdaxilə edə bilməz. Ona görə də ortaya gərəksiz bəyanatlar çıxır və bu bəyanatları bir qayda olaraq ABŞ Azərbaycan münasibətlərini yönəldən şəxslər vermirlər.  Bizimkilər düşünrlər ki, onlar Qərbə neft verməlidirlər, tranzitə manne olmamalıdırlar  və buna görə də ABŞ və Avropa insan haqqları ilə bağlı məsələlərə müdaxilə etməməlidirlər.   Belə olarsa ABŞ onların dostu olacaq. Buna görə də hesab edirəm ki, Rusiya faktoru qətiyyən Azərbaycan ABŞ münasibətlərində həlledici amil olaraq çıxış etmir.
Əslində münasibətlərin korlanması bizim Azərbaycan  müxalifətinin öz  acizliyini ört-basdır etmək istəməsindən doğan uydurmalardan və şişirtmələrdən ibarətdir. Onlar Qərblə Azərbaycan hakimiyyəti arasında gərginliyin olmasını davamlı olaraq gündəmdə saxlayaraq əslində öz zəifliklərini kompensasiya etməyə cəhd edirlər. Buna  görə  uydururlar  ki, guya  Amerika  ilə  Azərbaycan  münasibətləri  artıq  müharibə  həddinə  catıb, gərginlik  var, Qərb Azərbaycana qarşı sanksiya tətbiq edə bilər filan. Əslində mən hesab edirəm ki, Qərblə Azərbaycan arasında münasibətlər normaldır və “azadlıq davası”  iqtisadi münasibətlərə təsir edə bilməz”.
Əli Həsənovun “Qırmızı xəttə Azərbaycan deyil, Azərbaycanı ittiham edənlər yaxınlaşır”  fikrinə də münasibət bildirən Zərdüş Əlizadə hesab edir ki, PA rəsmisinin bu tipli fikirləri çox tez-tez işlədir:
“Əli  Həsənovun  “Qırmızı  xətti”  keşirlər  fikirləri  haqqında  deyəcək  sözüm  yoxdur. Sadəcə deyə  bilərəm ki, Əli  Həsənov  artıq  15 ildən çoxdur ki, bu vəzifədədir, onun  vəzifəyə  gələn  ilk  gündən  dediklərini  silsilə  şəkildə  düzüb  baxmaq  lazımdır. Bu  silsilədən  də  nəticənin  özünüz görəcəksiniz. Yəni davamlı olaraq Əli Həsənov bu tipli fikirləri səsləndirib. Amma nəticə də ortadadır. Azərbaycan ABŞ münasibətlərində heç bir dağılma baş verməyib”. 
Politoloq Elxan Şahinoğlunun fikrincə isə Azərbaycandi bir anti ABŞ ritorikası var:
“Azərbaycanla  Amerika  arasında  təssüf  ki, müəyyən  soyuqluq , gərginlik  hökm  sürür.  Azərbaycanda  bir anti-ABŞ  ritorikası  da  var. Əlbəttdə, Rusiya  Amerika  və  Azərbaycan  münasibətlərinin   gərginləşməsində  və  soyumasında  da  maraqlı  ola  bilər, amma  bu  münasibətlər bizim üçün mili təhlükəsizlik  maraqlarımız daxilindədir. Ona görə də Azərbaycanın Rusiyaya görə Qərblə münasibətlərində aralarının açılmasına getməsinə inanmıram. Çünki, Rusiyanın  özündə  də indi  böhran başlayib.  Bu üzdən də  Rusiyanın  Cənubi  Qafqaza  siyasi  təsir  imkanları  da  azala bilər. 
Digər tərəfdən bizim  torpaqlarımız  işğal  edən və  Rusiyanın  strateji  müttəfiqi  olan Ermənistanda da vəziyyət  ağırdı. Bu daha çox Ermənistanın Rusiyadan iqtisadi asıllığına görə baş verir. Əgər  biz, xarici  siyasətdə  balansşdırmaya  üstünlük  veririksə, biz kimsənin  xeyrinə  xarici  siyasətdə  üstünlük  verməməliyik. Rusiyayla  münasibətlərimiz  necədirsə,  çalışmalıyıq  ki, ABŞ-la da  münasibətlər  eyni olsun. Çalışmalıyıq ki, bu  münasibətləri  gərginlik  mərhələsindən  çıxaraq.
Amma ABŞ-ın da  üzərinə  düşən  məsələllər  var. Misal  üçün əgər  Amerika  konqresi  Qarabağ  separatçılarının  liderlərin qəbul  edib,  görüşüb, onlarla  fikir  mübadiləsi  aparıblarsa, onlar  fikirləşməlidir ki, bu  hadisə  Azərbaycan  ictimaiyyətində  mənfi  reaksiya  doğurasaq. Bu  cür  məsəllələrdə  Amerika  da  diqqətli olmalıdı. 
Yaranmış  gərginliyin əsil səbəbi  odur  ki, ABŞ  Dövlət  Deportamenti  Azərbaycanla  münasibətlərdə  İnsan  Haqqları  və  Demokratiya  məsələlərini  ön  plana  çıxarıb, bu da  Azərbaycan  hakimiyyətinin  xoşuna  gəlmir  və  bunu  daxili  işlərə  qarışmaq  kimi  qiymətləndirir. Ona  görə  də  vəziyyət  belə  gərginləşir.
Əli  Həsənovun  dediyi “ qırmızı  xətt”  o,  demədir  ki, ABŞ rəsmləri  Azərbaycanın  daxili  işlərinə  qarışırlar. Yəni, həbslərlə, məhkəmə  qərarları  ilə bağlı  açıqlamalar verirlər  ki, bu da rəsmi Bakı tərəfindən Azərbaycanın  daxili  işlərinə  qarışmaq  kimi  qiymətləndirilir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam