Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

MM sədri:"Zəngəzur dəhlizi" nəinki region, Avropa üçün də geniş imkanlar açacaq"

MM sədri: Zəngəzur dəhlizi nəinki region, Avropa üçün də geniş imkanlar açacaq

“Azərbaycan Prezidentin siyasi və diplomatik məharətinin növbəti nəticəsi regionun və türk dünyasının nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynayacaq "Zəngəzur dəhlizi"nin reallaşması olacaq. Bu layihə ölkəmizin tranzit potensialını daha da gücləndirəcək, nəinki region, Avropa üçün də geniş imkanlar açacaq”.

Yenixeber.org: Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, dövlət başçısının müəyyən etdiyi strateji yol xəritələri sırasında "Qarabağa böyük qayıdış"ı xüsusi əhəmiyyətə malikdir: "Bilirsiniz ki, Ermənistanın işğal dövründə viran qoyduğu ərazilərimizin azad olunmasından dərhal sonra həmin torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verilmişdir. Azərbaycan öz maliyyə resurslarına arxalanaraq qədim ata-baba yurdlarımızda dağıdılmış şəhər və kəndləri bərpa edir, yenilərini salır, infrastruktur layihələri həyata keçirir. Həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası Azərbaycanın ümumi inkişafına da böyük təkan verəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam