Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“İRAN İLK DƏFƏ DÜŞMƏNÇİLİKDƏN UZAQ ADDIM ATDI” –“Ağılları olsa, Türk Dövlətləri Təşkilatına qoşularlar...”

İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabatda keçirilən zirvə görüşündə Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb. Müqaviləyə İlham Əliyev və İbrahim Rəisi arasında keçirilən görüşdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran neft naziri Cavad Oci imza atıblar.

Yenixeber.org: Müqaviləyə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran vasitəsi ilə 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.

İranın neft naziri Cavad Ovci bildirib ki, svop sazişinə əsasən, İran Türkmənistandan qaz alacaq və ekvivalent məbləği Astara sərhədində Azərbaycana çatdıracaq. Türkmənistan Azərbaycana gündə 5-6 milyon kubmetr qaz satacaq. Noyabrın 28-də Aşqabad şəhərində imzalanan üçtərəfli müqavilə müddətsizdir və dekabrın 1-dən qüvvəyə minir. Lakin faktiki olaraq müqavilə üzrə qazın nəqlinə dekabrın 22-dən etibarən başlanacağı gözlənilir.

Ovci həmçinin bildirib ki, İran 2017-ci ilin sonunda Tehrana tədarük edilən qaza görə 1,8 milyard dollar borcunun olduğunu bildirən Türkmənistanla uzun müddət davam edən qaz borcu mübahisəsini həll etmək üçün hərəkətə keçib. "Türkmən tərəfinə olan qaz borcunu daha əvvəl aparılmış danışıqlardan sonra aradan qaldırmaq üçün ilk taksiti tezliklə ödəyəcəyik" , - nazir əlavə edib. İran cənubda böyük təbii qaz yataqlarına malikdir, lakin 1997-ci ildən bəri Türkmənistandan aldığı qazı şimal əyalətlərində, xüsusilə qış aylarında paylamaq üçün idxal edir.

 

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban türkmən qazının alınması haqda sənədə Ceyhun Bayramovun imza atmasına diqqət çəkib. "Yəni bu, hələ ki, anlaşmaq mənasını kəsb edir", - o qeyd edib.

İqtisadçı əlavə edib ki, müqavilənin kommersiya müqaviləsinə çevrilməsi üçün türkmən qazına pul ödəyəcək şirkətin kommersiya sazişi imzalaması gərəkdir. İ.Şaban vurğulayıb ki, həmin sənədi “Azərkontrakt” da, SOCAR da imzalaya bilər. "Baxaq, görək hökumət necə məsləhət biləcək", - İ.Şaban qeyd edib.

 

 

Türkiyədə yaşayan professor Xaləddin İbrahimli də üçtərəfli qaz müqaviləsini çox ciddi və əhəmiyyətli hadisə kimi dəyərləndirib: "Milli müstəqillik qazanıldıqdan sonra İran ilk dəfədir ki, Türk cümhuriyyətlərinə münasibətdə düşmənçilikdən uzaq addım atdı. Bu zamana qədər olan dostluq bəyannamələri əhəmiyyətsiz sənədlər və boş ritorika idi. Ağılları olsa, Türk Dövlətləri Təşkilatına qoşularlar, özlərini Avropaya yamamaq siyasətindən əl çəkərlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam