Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Bakı və Moskva İrəvandan öhdəliklərini yerinə yetirməyi istəyəcək" -Tofiq Zülfüqarov

"Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın yerinə yetirilməsi məsələsi Azərbaycan, Ermənistan, Rusiya liderləri arasında bu gün Soçi şəhərində keçiriləcək görüşün əsas gündəmi ola bilər".

Yenixeber.org: Bunu Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib.

“Azərbaycan ilə Rusiya 10 noyabr razılaşması çərçivəsində Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edir. Bu, Paşinyanın üzərinə götürdüyü öhdəlikdir. Bu gün hər hansı yeni razılaşma imzalanarsa, elə həmin öhdəliklərin həyata keçirilməsi demək olacaq”, - deyən keçmiş diplomatın fikrincə, Ermənistan Baş naziri böyük ehtimalla sözügedən öhdəlikləri yerinə yetirmək üçün əlavə vaxt istəyəcək.

“Paşinyan bir dəfə üçtərəfli görüş keçirməkdən boyun qaçıraraq ölkə ictimaiyyətinin gərgin vəziyyətdə olduğunu əsas gətirmişdi. Amma gördüyümüz kimi, üstündən iki həftə keçmiş görüş baş tutur”, - o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam