Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Rusiya və NATO yenidən görüşəcək-Bakıda

Gələn həftə Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Komandanı, general Tod Uolters arasında görüş keçiriləcək.

Yenixeber.org: Bu barədə "Kommersant" NATO strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Müzakirə üçün mümkün mövzular arasında Rusiya və NATO ölkələrində bu il üçün hazırlanan hərbi təlimlər, həmçinin Suriya və Əfqanıstan ətrafındakı vəziyyət var.

İki yüksək rütbəli hərbçinin əvvəlki görüşü 10 iyul 2019-cu ildə baş tutub. O görüş də Bakıda keçirilmişdi. RF Müdafiə Nazirliyinin o vaxt xəbər verdiyi kimi, Valeri Gerasimov və Tod Walters Rusiya-NATO təmas xəttində insidentlərin qarşısını almaq üçün mümkün tədbirləri müzakirə etdilər, Avropa və qlobal təhlükəsizliklə bağlı vəziyyət, habelə hərbi ekspertlərin dialoqunu bərpa etmək perspektivləri barədə fikir mübadiləsi apardılar. Bundan əlavə, terrorizm və dəniz piratçılığı ilə mübarizə, Əfqanıstan və Suriyadakı vəziyyətlə bağlı məsələlər qaldırıldı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam