Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Əli Kərimli mühacirətə getmək istəyənlər üçün möhür vurmaqla məşğuldur”

 

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Müsavat Partiyasının saxta mühacir qalmaqalı məsələsinə münasibət bildirib.

 

"Xeberinfo.com":  S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, bir qrup adam yalandan jurnalist, yazıçı, şair və sairə adlar götürərək, guya ona qarşı təzyiqlər olduğunu bildirir və mühacirətə getmək üçün Müsavat partiyasından saxta üzvlük sənədləri alırlar. Onun sözlərinə görə, həmin adamlar əslində heç bir siyasi partiyanın üzvü olmayıb: “Müsavat heç bir siyasi partiyanın üzvü olmayan və orada fəaliyyət göstərməyən, özünə asan vəsait və iş yeri axtaran adamlar üçün müəyyən vəsait müqabilində saxta sənədlər hazırlayıb yola salıb. Bu cür sənədlər alaraq, pul üçün xaricə gedənlərin sayı kifayət qədərdir”.

 

Bu cür halların Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) daha çox olduğunu vurğulayan S.Novruzov qeyd edib ki, mühacirət üçün AXCP-dən saxta sənəd alan insanların sayı kifayət qədərdir: “Təsəvvür edin ki, bu gün klassik cəbhəçilər kənarda qalıb, ancaq Əli Kərimli mühacirətə getmək istəyənlər üçün saxta sənədlərə möhür vurmaqla məşğuldur.

 

Azərbaycan ictimaiyyəti bütün bunları yaxşı bilir. Ümumiyyətlə, gedib küçədə hər hansı bir sorğu keçirin, görün AXCP-nin üzv adı ilə mühacirətə getmiş adamlar haqqında Azərbaycan əhalisi hər hansı məlumata malikdirmi? İnandırım ki, Azərbaycan ictimaiyyəti heç onlar haqqında bir kəlmə də bilməyəcək. Çünki onlar asan var-dövlət əldə etmək və siyasi sığınacaq almaq məqsədilə bu yolu tutublar. Onları cəmiyyətdə heç kəs tanımır. Həmin adamlar guya təzyiqlərə məruz qalmaları barədə saxta sənədlər hazırlayıb, xaricə qaçırlar”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam