Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Hakimiyyət aksiyada iştirak edənlərə heç bir təzyiq etmir”

siyavus


“Azərbaycanda müxalifətin mitinq keçirməməsinin səbəbi sosial baza və elektoratlarının olmamasıdır. Ən aktiv proseslər seçki dövründə olur. Ötən seçkilərdə şahidi olduq ki, heç bir partiya 300 nəfərdən artıq adam toplaya bilmir”.

 

Xeberinfo.com:   Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, mitinq keçirilməsi üçün şəhərin mərkəzində yer ayrılır, amma müxalifət aksiya keçirə bilmir: “Mitinq keçirilməsi üçün ayrılan yer əhalinin sıx yaşadığı məkandır. Bütün bunlara baxmayaraq, mitinqdə iştirak edən olmur. Yəni, sosial baza yoxdur, ona görə də müxtəlif bəhanələr gətirirlər”.
S.Novruzov qeyd edib ki, hakimiyyət aksiyada iştirak edənlərə heç bir təzyiq etmir: “Azərbaycanda sərbəst toplaşmaq azadlığı tam təmin olunur. Müxalifətin sosial bazası olmadığına görə bu cür bəhanələr gətirirlər. Mitinq keçirmək istəyənlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir. İcra hakimiyyəti də müvafiq yer ayırır. Bakı Şəhər Baş Polis İdarəsi də onların təhlükəsizliyini təmin edir”.
Xatırladaq ki, iyunun 8-də Müsavat Partiyasının başqanının müavini, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu “Report”a açıqlamasında hazırda Milli Şuranın və Müsavat Partiyasının gündəmində aksiyaların keçirilməsinin olmadığını deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam