Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Qələbə qazanmaq üçün kifayət qədər gücümüz var"

 

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasından partiyanın Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun namizədliyi irəli sürülüb.

Xeberinfo.com:   Məlumata görə, bunu Trend-ə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, işlər qanuna uyğun şəkildə davam etdirilir: "Bütün sənədlər dairə seçki komissiyasına təqdim olunub. Dairə Seçki Komissiyası sənədlərə baxıb imza vərəqələri verməlidir. İmza vərəqələri verilən kimi 10 nəfər müəyyən edilmiş şəxs imza toplamağa başlayacaq və onlar qısa müddətdə imzalar toplanacaq. Sonra imza vərəqələri namizədliyin qeydə alınması üçün digər zəruri sənədlərlə birlikdə Dairə Seçki Komissiyasına təqdim ediləcək".

S.Novruzov bildirib ki, partiyanın beş nəfər səlahiyyətli nümayəndəsi təyin olunub, həmçinin Mərkəzi Seçki Komissiyasına müşahidəçi təqdim edilib.

S.Novruzov YAP-ın namizədinin təkrar seçkilərdə qələbə qazanacağına əminliyini bildirib: "Ağdaşda bizim 16 minə yaxın partiya üzvümüz var. Bu baxımdan onların tərəfdarları ilə birgə bizim kifayət qədər gücümüz var ki, bu seçkilərdə qalib gələk. Digər tərəfdən, Yeni Azərbaycan Partiyasının ölkədə apardığı məqsədyönlü siyasət bu məsələlərə dəstək olacaq və bizim namizəd qələbə qazanacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam