Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

ÇƏKİN AYAQLARINIZI AZƏRBAYCANDAN! –Eşidin, "naruşiteli" vuracağıq!!!

Xəbər verildiyi kimi, Fransa Milli Assambleyasının üzvü Fransua Pupponi növbə dəfə Azərbəyandan icazə almadan, Xankəndinə gəlib və adəti üzrə separatçı erməniləri necə deyərlər, yüngülvari «qıdıqlayıb» - başqa sözlə, «Madlen» oğlu Fransua Azərbaycanın daxili işlərinə burun soxub.

Yenixeber.org: «Madlen» oğlunun bu özbaşınalığı Azərbaycan tərəfini əməllicə hövsələdən çıxardıb və XİN mətbuat xidmətinin başçıs Leyla Abdullayeva bununla bağlı etiraz bildirərək, bəyan edib ki, «Madlen» uşağı artıq neçənci dəfədir ki, Azərbaycan ərazisinə qanunsuz səfər edir: «O, qızğın anti-Azərbaycan mövqeyi ilə seçilir…»

Leyla Abdullayev deyib ki, Azərbaycan qanunlarını pozduğuna görə, Fransuanın adı ölkəmizin ərazisinə girişinin qadağan olunduğu şəxslərin siyahısına daxil edilib və s.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazir Ceyhun Bayramov görüş zamanı Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri məsələsinə diqqəti yönəldərək, bu kimi addımların bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Tamamilə doğru və beynəlxaq hüquq normalarına müvafiq yanaşmadır, fəqət yetərli sayıla bilməz. Nədən ki, «Madlen uşağı» artıq belə bəyanatlara «adaptasiya» olunub və onları eyninə almır. Deməli, başqa təsirli tədbirlərin görülməsinə və həm də hərbi yanaşmanın sərgilənməsinə ehtiyac var. Çünki «ilan ulduz görməsə, ölmür» yanaşmasına keçməyin vaxtı çatıb. Madlen uşağına ayı-ulduzu isə şanlı Turan ordusu göstərməli olacaq…

Necə? Çox asanlıqla. Qulaq asın, xırdalayım. Xankəndində «miatsum» separatizmi baş qaldırandan günümüzə qədər Fransa (və digər imperialistlər!) erməni faşizmini dəstəkləyib və bu müddət ərzində «Madlen uşağı» zaman-zaman suveren hüquqlarımızı saya salmadan Xankəndinə «su cığırı» açıb…

Bəs, onların istəyi nədən ibarət olub? Təxribat - su bulandırmaq, bulanlıq suda balıq tutmaq və s. Bu zaman Madlen uşağı məlum «postulat»dan çıxış edib - Azərbaycan erməniləri öz müqəddəratını təyin etmək hüququndan bəhrələnməli və status əldə etməlidirlər. Fəqət, Madlen uşağı görməzliyə vurur ki, Qarabağ ermənilərinə Azərbaycan dövləti muxtariyyət statusunu hələ 1923-cü ildə vermişdi - «demokrat» Fransa «mağarada yaşayan illərdə»! Bundan da əvvəl erməni tayfası öz müqəddəratını məhz tarixi Azərbaycan torpaqlarında 1920-ci ildə təyin edib və Ermənistan SSR-ı yaratmışdı. Nə yazıq ki, Fransanın (və digərlərinin) təsiri altında 1977-ci ildən başlayaraq ermənilər buna qane olmadılar - «miatsum»a qalxdılar. İstək nə idi? Qarabağı Ermənistana birləşdirmək! Lap İkinci Dünya Müharibəsindən əvvəl Hitler Almaniyasının Çexoslavakiyanın Sudet vilayətini ihaq etməsi kimi…

Bu müddət ərzində Madlen uşağı da erməni separatizminin yanında olub - indiki kimi. Fransa deyir ki, Azərbaycan 25 min erməniyə status versin - gülməlidir, deyilmi? Amma biz, gülmürük və ucadan deyirik: Marseldə 250 min erməni yaşayır, sevginiz «fontan» vurursa, onlara status verin - nümunə göstərin!

Çəkin ayaqlarınızı Azərbaycandan!

«Naruşiteli» isə vuracağıq!!!

 

azpolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam