Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirin bacanağı polisə təslim oldu

 

 

    Türkiyədə keçmiş nəqliyyat naziri, hazırda AKP-nin İzmir bələdiyyə başqanlığına namizədi olan və bu üzdən nazir postunu təhvil vermiş olan Binəli Yıldırımın korrupsiyada ittiham olunan bacanağı polisə təslim olub.
   "xeberinfo.com" Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, bir neçə gündür polis tərəfindən axtarılan və barəsində həbs sanksiyası çıxarılan Cemaləddin Haberdar bu gün saat 13.15-də (Bakı vaxtı ilə.-red) vəkili ilə birlikdə İzmir polis idarəsinin qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinə gələrək təslim olub. Onun polisdə ifadəsinin alınmasından sonra növbətçi məhkəməyə çıxarılacağı və barəsində həbs qərarının veriləcəyi gözlənilir. Cemaləddin Haberdar ötən həftə İzmir prokurorluğunun apardığı cinayət işi ilə bağlı axtarışa verilmişdi. Türkiyədə dövlət mülkiyyətində olan dəniz limanlarının işlətməyə verilməsi ilə bağlı müqavilələrdə korrupsiyaya yol verildiyi və rüşvət alındığı ittihamları ilə qaldırılan cinayət işi çərçivəsində 24 məmur və iş adamı həbs olunub. Daha 10 şəxs axtarışdadır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam