Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Qarabağa daşınan erməni əsgərlər: Lavrovun zəngindən sonra Moskvaya verilən mesaj -TƏHLİL

Qarabağa daşınan erməni əsgərlər: Lavrovun zəngindən sonra Moskvaya verilən mesaj - TƏHLİL

Ermənistandan Qarabağa yenidən əsgər daşındığı haqda məlumatlar yayılıb: 12 “Kamaz”, 3 “Ural” və digər yük maşınları ilə şəxsi heyət rus sülhməramlılarının nəzarət etdiyi bölgələrə daşınır, o cümlədən, mülki geyimli hərbçilər minik avtomobillərlə Qarabağa keçir (Caliber.az);

Yenixeber.org: Bu, məlum məsələdir, müharibədən sonra rus sülhməramlılarının şərait yaratması ilə Ermənistandan Qarabağa əsgər daşınıb. Proses ötən ilin noyabr-dekabr ayında keçirilən antiterror əməliyyatından sonra bir qədər səngidi. İndi yenidən aktivləşmə var və bu, Ermənistanın atacağı addımlardan da xəbər verir:

- 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasına qarşı çıxacaqlar;
- Sərhədlərin delimitasiyası prosesinin qarşısını almaq məqsədilə Qarabağda ikinci təxribat cəbhəsini açacaqlar;


Burada diqqətçəkən əsas məqam sülhməramlıların missiyasını yerinə yetirmədiyini təsdiq edən informasiyanın indi – Lavrovun Bakıya zəngindən sonra yayılmasıdır:

1. Lavrov-Bayramov danışıqları ürəkaçan olmayıb: Zəngin Stanislav Zasın İrəvanda KTMT-nin sərhəd məsələsinə müdaxilə mexanizmlərini müzakirə etdiyi vaxt edilməsi də Moskvanın “yeni təkliflər” irəli sürdüyü ehtimalını önə çıxarır;

2. Bayramov üçtərəfli razılaşmaların icrası, xüsusilə erməni qoşunların çıxarılmasını nəzərdə tutun 10 noyabr bəyanatının 4-cü bəndi ilə bağlı Lavrovdan lazımi cavab almayıb;

Və bununla Bakı Moskvaya “rus sülhməramlıları bölgədə misiyasını yerinə yetirə bilmir” mesajını ötürür:

- Rusiya erməni qoşunlarının çıxarılması şərtini yerinə yetirmək əvəzinə, yeni əsgərlərin gəlişinə şərait yaradır;

- Bakının əsas istəklərindən biri Türkiyənin sülhməramlı kontingentində fəaliyyətinin genişləndirilməsidir və Əliyev-Putin görüşündə bu məsələnin qaldırıldığı versiyasını yazmışdıq: görünür, cavab müsbət olmayıb;

- İstəyimizə nail olmaq üçün bu informasiya ilə antiterror əməliyyatı variantı gündəmə gətirilir: ötən il olduğu kimi, yenidən kiçikçaplı əməliyyatın keçirilməsi də istisna deyil;


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam