Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İranın Azərbaycandakı səfirliyi -Qarabağa qanunsuz “yardım” daşınması videosunu araşdırır

İranın Azərbaycandakı səfirliyi Qarabağa qanunsuz “yardım” daşınması videosunu araşdırır

İranın Azərbaycandakı səfirliyi Ermənistandan keçməklə Qarabağa “yardım” aparılmasını əks etdirən videolarla bağlı Tehranla əlaqə saxlayıb.

Yenixeber.org: Səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Əli Musəvi bildirib ki, sosial şəbəkədə video yayılandan sonra səfirlik araşdırma və dəqiqləşdirmələr üçün addımlar atmağa başlayıb: “Yayılan videolar və məlumatları araşdırmaq məqsədilə Tehranla danışmışıq. Müraciət etmişik ki, bu video və məlumatlar yayılandan sonra Azərbaycanda narahatlıq yaranıb, məsələ müvafiq qaydada araşdırılıb, rəsmi cavab verilsin. Yəqin yaxın günlərdə Tehrandan bizə cavab veriləcək, biz də məsələni Azərbaycan ictimaiyyətinin diqqətinə çatdıracağıq”.

Qeyd edək ki, sosial şəbəkələrdə İrandan Ermənistandan keçməklə Qarabağa “yardımlar” aparan yük avtomobillərinin videogörüntüləri yayılıb.

Görüntülər İranın “Azad İran” “telegram” kanalında paylaşılıb. Bildirilir ki, “yüklər” Ermənistandan keçməklə, Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparılır. Qeyd edilib ki, İrandan Azərbaycan ərazilərinə qanunsuz olaraq qaz, benzin, tikinti materialları, qida, geyim məhsulları daşınır. Bundan başqa, həmin avtomobillərlə külli miqdarda narkotik daşındığı da iddia olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam