Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bölgədə yeni GƏRGİNLİK: İran-İsrail qarşıdurması Azərbaycan üçün necə nəticələnəcək?

Bölgədə yeni GƏRGİNLİK: İran-İsrail qarşıdurması Azərbaycan üçün necə nəticələnəcək?

"İran-İsrail qarşıdurmasının inkişafı beynəlxalq aləmə və bölgəyə yeni gərginlik vəd edir”. 
Yenixeber.org: Bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O bildirib ki, Tehran bir tərəfdən yenidən böyük dövlətlərlə "nüvə sazişi” imzalamaq istəyir, digər tərəfdən İsraillə növbəti qarşıdurmaya hazırlaşır:
"Bu gedişat Vaşinqtonun Tehranla "nüvə sazişi” imzalamasını ləngidə bilər. Ağ Evin hazırkı sahibi Co Bayden Donald Trampdan fərqli olaraq, nüvə anlaşmasına hazır görünürdü. Ancaq İranın İsrailə məxsus gəmiləri hədəf alarkən Bayden üçün Tehranla razılaşmaya hazır olması çətindir. Bayden daxili müxalifətin təzyiqi ilə üzləşəcək.  
Yeni prezident İbrahim Rəisi seçim qarşısındadır. O ya "nüvə sazişinə” üstünlük verərək ölkəsinə qarşı iqtisadi sanksiyaların yumşaldılmasına çalışmalı, ya da İslam Keşikçiləri Korpusunun İsrailə qarşı "intiqam” əməliyyatlarına dəstək verərək nüvə anlaşmasını riskə atmalıdır”.
Politoloqun sözlərinə görə, İran-İsrail qarşıdurması Azərbaycanın maraqlarına cavab vermir:
"Bakı İranla və İsraillə tərəfdaşlığını davam etdirmək, hər iki ölkə ilə müxtəlif layihələr reallaşdırmaq istəyir. Rəsmi Bakı İsraildə ticarət və turizm nümayəndəliyi açıb və bu nümayəndəliyin yaxın müddətdə Azərbaycanın bu ölkədə səfirliyinə çevriləcəyi istisna deyil. Azərbaycan-İsrail münasibətlərinin üçüncü dövlətlərə qarşı yönəlmədiyi dəfələrlə vurğulansa da, bu əməkdaşlıq İranda fərqli reaksiyalar doğurur. Halbuki, bunun üçün əsas yoxdur”.
Xatırladaq ki,  İsrail İranı iyulun 30-da onun ticarət gəmisinə hücumda ittiham etsə də, Tehran bunu rədd edib.(sfera) 
Günay Rəsulqızı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam