Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Sərhəd gərginliyi bizim üçün biabırçı şəkildə nəticələnəcək" -Malxasyan

"Sərhəd gərginliyi bizim üçün biabırçı şəkildə nəticələnəcək"-   Malxasyan
Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Erməni mediası dünən sərhəd bölgəsində baş verən atışmaların İrəvan üçün ağır nəticələnə biləcəyini yazıb.
Yenixeber.org: Bununla bağlı yerli mediaya açıqlama verən tanınmış erməni fəal Derenik Malxasyan yeni hərbi toqquşmaların onlara baha başa gələcəyinə işarə vurub:

“Bu sərhəd gərginliyi bizim üçün biabırçı bir sülh müqaviləsi və ya buna bənzər bir şeylə nəticələnə bilər.Ölkənin başına gətirilən bədbəxtliyin mənbəyi sayılanlar hakimiyyətdə qalırsa, bu problemlər də təbiət qanunlarına uyğun olaraq davam etməlidir”.

Xatırladaq ki, dünən Azərbaycan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma olması barədə məlumat yaymışdı. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam